İran prezidenti Həsən Ruhani deyib ki, ABŞ-ın gələn həftənin bazar ertəsi günü yeni sanksiyalarının tətbiq edilməsindən sonra iranlılar qarşıdan gələn aylar daha çox çətinliklərlə qarşıla bilər
Kabinetinin iclasında danışan Ruhani deyib: "Son aylar insanların vəizyyəti ağır olub və növbəti bir neçə ay da çətin ola bilər." Ruhaninin çıxışı televiziyada canlı yayımlanıb.
Birləşmiş Ştatlar prezident Donald Trampın Tehranla dünya qüdrətləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını elan etməsindən sonra İrana qarşı sanksiyaları bərpa edib.
Bazar ertəsi ABŞ-ın İranın neft və qaz sektorunu hədəf alan sanksiyaları qüvvəyə minir.
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Tehranın nüvə proqramının məhdudlaşdırılması müqabilində ölkə iqtisadiyyatına böyük zərər vuran sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan 2015-ci il razılaşmasından çıxdığını may ayında elan edib. ABŞ bundan sonra İrana qarşı sanksiyaların bir hissəsini yenidən bərpa edib.
Bu sanksiyalar İranın avtomobil sektoru, qızıl və digər qiymətli metallar ticarəti, İran rialı və digər maliyyə transaksiyalarını hədəf alıb. (Amerikanın səsi)
MilliYol.az