Nigeriyada terrorçuların Borno əyalətinin 4 kəndinə hücumu nəticəsində 15 nəfər öldürülüb
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, kəndə “Boko Haram” terrorçu qruplaşmasının hücum etdiyi ehtimal olunur.
Terrorçuların sayı 200-dən çox olub və mülki sakinlərə odlu silahlardan atəş açıblar.
Abba Malumati kəndində 8, Daloridə 2 nəfər öldürülüb. Kofa kəndində isə terrorçular kəndin imamını və onun ailəsinin 4 üzvünü diri-diri yandırıblar.
Hücum zamanı kəndin sakinləri çay istiqamətində qaçıb. Onların bəzilərinin suda boğulduqları ehtimal olunur.
Hüquq-mühafizə orqanları ölənlər və yaralananlar barədə hələ ki rəsmi açıqlama verməyib.
pia.az MilliYol.az
Digər xəbərlər
loading...