Xörək duzundan çox istifadə dağınıq skleroz xəstəliyinin yaranması riskini artıra bilər
ABŞ-ın Yel Universitetinin alimləri bu qənaətdədir.
Dağınıq skleroz mərkəzi və periferik sinir sisteminin pozulması ilə müşayiət olunan xroniki xəstəlikdir, insanın ömrünü 5-10 il azaldır.
Xəstəliyin tam müalicəsi yoxdur, amma həkimlərin son tədqiqatı dağınıq sklerozu cilovlamağa ümidlər yaradır.Yel Universitetinin alimləri hüceyrələrdə artıq miqdarda duzun “Wnt” siqnal yolunu fəallaşdırdığını bildirirlər. Bu fəallaşmanın tənzimləyici T hüceyrələrinin pozulmasına səbəb olduğu, mərkəzi sinir sistemi üçün təhlükəli iltihablı proseslərə gətirib çıxardığı vurğulanır. (novator.az)
MilliYol.az
Digər xəbərlər
loading...