• Xəbər lentİ
Fləş

Vilayət Eyvazovdan yeni təyinat

12:30 / 19.01.2021

DYP-də yeni təyinat

13:05 / 19.01.2021

İlham Əliyevdən Qarabağ Dirçəliş Fondu ilə bağlı FƏRMAN

12:47 / 19.01.2021

Vilayət Eyvazovdan yeni təyinat

12:30 / 19.01.2021

Ramiz Mehdiyev AMEA-da yeni vəzifələr yaratdı

12:15 / 19.01.2021

Keçmiş məmurun xaricdə şirkəti üzə çıxdı (FOTO)

12:00 / 19.01.2021

Azərbaycanın məşhur Xalq artisti infarkt keçirdi (FOTO)

15:53 / 18.01.2021

Rusiya Dağlıq Qarabağı öz tərkibinə qatmaq istəyir? - Lavrovdan açıqlama

15:49 / 18.01.2021

Rusiya Dağlıq Qarabağın "müstəqilliyi" ilə bağlı mövqeyini açıqladı

14:00 / 18.01.2021

Azərbaycanda pensiyalar artırılır (RƏSMİ)

13:55 / 18.01.2021

Peyvənd olunan Oqtay Şirəliyevdən ilk açıqlama

11:45 / 18.01.2021

Co Bayden daha bir erməniyə vəzifə verir

11:40 / 18.01.2021

DYP vətəndaşlara müraciət etdi

10:43 / 18.01.2021

Azərbaycanda peyvənd birinci onlara vurulacaq

10:35 / 18.01.2021

DİQQƏT! Onlayn ödənişlər zamanı kart məlumatları ələ keçirilə bilər (XƏBƏRDARLIQ)

10:51 / 17.01.2021

Alimlərdən koronavirusla bağlı xəbərdarlıq: Marta qədər...

10:34 / 17.01.2021

İcra başçısı müavinini vəzifədən azad etdi

09:57 / 17.01.2021

Mərkəzi Bankın 450 milyonluq binası ilə bağlı yeni iddia: Tikilməyəcək

09:44 / 17.01.2021

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

17:48 / 16.01.2021

Azərbaycanda koronavirusa yoluxma yenidən artdı  

17:41 / 16.01.2021

Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi

16:29 / 16.01.2021

“Azərlotereya”nın idarəetməsi Türkiyə şirkətinə verilir (SƏRƏNCAM)

16:10 / 16.01.2021

Kəlbəcərdə qəbiristanlıqda 27 ildən sonra azan səsləndirildi (VİDEO)

15:43 / 16.01.2021

DİN-dən karantin postlarının ləğvi ilə bağlı açıqlama

14:47 / 16.01.2021

Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq

13:13 / 16.01.2021

Azərbaycan səfirliyinin binasında yanğın (VİDEO)

12:52 / 16.01.2021

İki erməni hərbçinin meyiti qarşı tərəfə verildi

12:48 / 16.01.2021

Operativ Qərargahdan məktəblərlə bağlı açıqlama: Gələn həftə...

11:54 / 16.01.2021

Səhiyyə Nazirliyindən vaksin aıqlaması: Nə qədər təhlükəsizdir?

11:38 / 16.01.2021

Azərbaycanda vaksinasiya hansı ardıcıllıqla aparılacaq? (SİYAHI)  

11:23 / 16.01.2021

Prezidentin köməkçisi vaksinasiyanın başlayacağı tarixi açıqladı

11:19 / 16.01.2021
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 19 Yanvar 2021
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

“Türkiyə ən böyük bölgəsəl oyunçulardan birinə çevrilir” – Müsahibə

16:05 01.11.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Aleksandr Jelenin

rosbalt.ru, 31.10.2018

 

Şərqşünas Mixail Maqid hesab edir ki, Dəməşqin İdlib əyalətini nəzarət altına qaytarmaq niyyəti haqda bəyanatı gerçək imkansızlıq şəraitində ancaq istəklərin sərgisidir.

Türkiyə, Fransa, Rusiya və Almaniya liderləri BMT və beynəlxalq birliyi Suriyaya yardımı artırmağa çağırıblar. Bu haqda İstanbulda Vladimir Putin, Angela Merkel, Emmanuel Makron və Rəcəb Ərdoğanın qatıldıqları şənbə sammitinin yekunları üzrə kommunikedə deyilir. Suriya münaqişəsinin tənzimlənməsinə həsr edilmiş görüşün ən yüksək səviyyədə keçdiyinə baxmayaraq, bu haqda xəbərlər əvvəlkitək bütün teleekranları və qəzetlərin ilk səhifələrini tutmayıb.

Amma Suriyada savaş öz qaydasında gedir və bölgədən xəbərlər heç də nikbinləşməyib. Daha çox əksinə. Suriya müdafiə naziri Əli Əyyubun Bəşər Əsəd hökumətinin Rusiya və Türkiyə tərəfindən rəsmən hərbsizləşdirilmiş zona elan edilən İdlib əyalətini nəzarət altına qaytarmaq niyyəti haqda bəyanatı, şübhəsiz, dünyanın bir çox liderlərni gərilməyə məcbur edib və yəqin ki, rəsmi Dəməşqə sualları meydana çıxıb.

Birinci növbədə Əsədinn İdlibdəki hərbsizləşdirilmiş zona üzrə Rusiya-Türkiyə danışıqlarının şərtlərini yerinə yetirməyə hazırlaşıb-hazırlaşmadığı haqda. Buna görə də əgər hazırlaşmırsa, onda bu bölgəni çox ciddi oyunçuların hərəkətə keçəcəyi böyük qırğın gözləyir.

Bu günlərdə Suriyadan gələn başqa bir xəbər Suriyada Rusiya və İran hərbçilərinin nəzarətində olan Əbu-Kəmal şəhərinə İŞİD döyüşçülərinin uğurlu hücumu barədədir. Nəticədə islamçılar cəzasız şəkildə şəhərin onlarla sakinini əsir aparıblar.

“Rosbalt”ın icmalçısı Yaxın Şərq üzrə ekspert Mixail Maqiddən bu hadisələri və Suriyadakı durumu şərh etməyi xahiş edib.

–Suriya müdafiə nazirinin İdlibi Əsəd güclərinin nəzarəti altına qaytarmaq haqda bəyanatını nə dərəcədə ciddi qəbul etmək lazımdır?

-Bu bəyanatın Əsəd rejiminin arzusunu sərgiləmək kimi önəmi və habelə rejim tərəfdarlarının düşərgəsində daxili istifadə üçün əhəmiyyəti ola bilər. Amma Əsəd praktikada az şey edə bilər.

Türkiyə özünün zirehli tank bölmələrini Böyük İdlibə daxil edəndən sonra Əsədin onlarsız çoxdan yox ola biləcəyi böyük tərəfdaşları (bu qoşunları Suriya ərazisinin böyük hissəsinə göz qoyan Rusiya və İran dövlətləridir) bu bölgəyə hücum etməyə cürət etməyiblər. Rusiya, ümumiyyətlə, Ukraynadan güclü olanlarla hərbi münaqişəyə girməməyə üstünlük verir. İstər Türkiyənin vurduğu Rusiya bombardmançısı, istər amerikalıların məhv etdiyi Rusiya muzdluları dəstəsi və yaxud suriyalıların İsrailin basqınına qarşı atəşi nəticəsində vurulmuş Rusiya radiokəşfiyyat təyyarəsi olsun, Moskva nə Türkiyə, nə ABŞ, nə də İsraillə hərbi münaqişəyə getməyib.

Bundan başqa, Rusiya və İran Türkiyə ilə razılaşıb ki, Böyük İdlibdə hərbsizləşdirilmiş zona yaradılması, oradnm Rusiya güclərinə hücumların kəsilməsi və “ən-Nusra” (“əl-Qaidə”nin Suriya qanadı) döyüşçülərinin tərki-silah edilməsinin əvəzində ora hücum etməyəcəklər. Bu qərarlar hansısa dərəcədə icra olunur. “ən-Nusra” tərki-silah olunmasa da, ən azı, ağır silahların bir qismini təhlükləsizlik zonasından aparıb (düzdür, bəzi müşahidəçilər hesab edirlər ki, ağır silah çıxarılmayıb, gizlədilib). Türkiyə indi bu bölgəyə, habelə müəyyən basqı etməklə “ən-Nusra”ya qismən nəzarət edir. Ümumiyyətlə, Türkiyə silahlı antiəsəd müxalifət qruplarının çoxuna nəzarət edir. Və nəticədə Rusiya qoşunlarına hücumlar kəsilib. Rusiya buna görə də İdlibə hücum etməkdə heç bir istək ifadə etməyib. Əsəd isə, çox ehtimal ki, Rusiyasız İdlibə hücum edə bilməz.

Populyarxəbərlər

İcra başçısı bazar müdirinə “xərac” kəsdi, qiymətlər qalxdı – Beyləqanda

İcra başçısı bazar müdirinə “xərac” kəsdi, qiymətlər qalxdı – Beyləqanda

28.03.2019
Dövlət kül olan “Diqlas”la bağlı hərəkətə keçdi

Dövlət kül olan “Diqlas”la bağlı hərəkətə keçdi

28.03.2019

Sumqayıtdakı partlayışla bağlı rəsmi açıqlama: Rəis ölüb, 3 yaralı var  

28.03.2019

Ağalarovların təşkil etdiyi həmin görüş... -Trampın başı dərddə

10.02.2019

Nazir idarə rəisini vəzifədən azad etdi –Təhsil Nazirliyində yeni təyinat oldu  

11.11.2018

Bakı Nəqliyyat Agentliyi sürücülərə çağırış etdi

12.11.2018

"McDonald's" salatından zəhərlənənlərin sayı 500-ü keçib

24.08.2018
Ali məktəblərdə boş qalan yerlərə qeydiyyat başladı

Ali məktəblərdə boş qalan yerlərə qeydiyyat başladı

24.08.2018

Sərxan xəstəxanaya yerləşdirildi

24.08.2018

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva idman-əyləncə parkının açılışında iştirak edib

24.08.2018

Boş qalan abituriyentlərin qeydiyyatı başlayıb

24.08.2018

Şəmkirdə yol qəzası: 4 yaralı

24.08.2018

-Türkiyə əsədçilərə İdlibi ələ keçirmək imkanı verərmi?

-Bu, son dərəcə az ağlabatandır. Ümumiyyətlə, indi Türkiyənin müəyyən beynəlxalq güclənməsi baş verir. Yaxın Şərqdə onun çevrəsində tədricən yeni blok formalaşır – artıq var olana əlavə olaraq. Birinci blok İran və onun Yəmən, İraq, Suriya və Livandakı müttəfiqləridir (şiə qurşağıdır). Güclənən şiə İranı faktiki olaraq böyük imperiya qurub və Suriyada Rusiya da buna yardım edir. İrana qarşı Səudiyyə Ərəbuistanının başçılığı ilə əsasən sünni ərəb dövlətləri bloku durur. Bu blok İsraillə əməkdaşlıq edir. Yeni dövrdə ərəb dövlətlərinin yəhudi dövlətiylə ilk dəfə nadir əməkdaşlıq durumu formalaşıb. Həm də ABŞ bu koalisiyaya arxalanır. Nəticədə ərəb-İran və eyni zamanda İsrail-İran münaqişəsi ərəb-İsrail ziddiyyətlərini və Fələstin məsələsini ikinci plana sıxışdıraraq birinci yerə çıxıb.

Amma indi dövlətlərin üçüncü bloku daha fəal formalaşır. Müsəlman dünyasında flaqman rolunu Səudiyyə Ərəbistanıyla höcətləşən Türkiyə səudiyyəlilərdən qorumaq üçün ərazisinə öz qoşunlarını daxil etdiyi Qətərlə və eyni səbəblərdən gələcəkdə qoşun yeridə biləcəyi Küveytlə yüksələn dərəcədə sıx qarşılıqlı fəaliyyətdədir. Bu günlərdə Türkiyə-Küveyt hərbi əməkdaşlıq komitəsi toplantısının gedişində iki ölkənin qərargah rəisləri müavinlərinin imzaladıqları sazişə uyğun olaraq 2019-cu ildən hərbi təcrübə mübadiləsi və iki ölkənin fəaliyyətinin əlaqələndirilməsi planlaşdırılır.

Üçüncü müstəqil blokun formalaşması Türkiyəni ən böyük bölgəsəl oyunçulardan birinə çevirir. Bu məqamda Türkiyənin hərbi qüdrəti Küveyt və Qətərin maliyyə gücüylə, habelə bölgədə fəal hərəkət edən “Müsəlman qardaşlar”ın islamçılarının dəstəyi ilə çulğaşır. Bu durumda Türkiyənin artan nüfuzuyla höcətləşmək Əsədin gücündə deyil.

–İndiki anda Suriyada durum necədir? Suriya fakt üzrə neçə hissəyə bölünüb?

-Suriya ərazisinin haradasa 60%-ə Əsədin ələvi rejimi, qoşunları, könüllü yığması və müttəfiqləri – Rusiya və İran gücləri nəzarət edir. Bu bölgələr faktiki Rusiya və İranın təsir zonalarına bölünüb. Orada müxalifətin keçmiş iştirakçılarının kütləvi həbsi gedir. Demək olar, on milyon suriyalı (ölkə əhalisinin 40%-ə yaxını) Əsəddən qurtularaq oradan qaçıb.

Suriyanın əksərən sünni, kasıb əhalisi Əsədə və hakim ələvi ailəsinə özəl rəğbət bəsləmir. Bəzi milli azlıqlar onu dəstəkləsə də, cəmiyyətin önəmli kəsiminin rejimə münasibəti çox pisdir.

Ölkənin şimalında və şərqində Suriya ərazisinin, təxminən, 25%-ə kürdlərin Xalq özünü müdafiə dəstələri (YPH), kürdlərlə birlikdə SDQ (Suriya demokratik qüvvələri) hərbi koalisiyası yaratmış və onlara müttəfiq ərəb tayfaları, həmçinin ABŞ qoşunları nəzarət edir. Bu zona daxilində problemlər və fikir ayrılıqları olsa da, bura insan haqlarının ən az pozulduğu və ən sakit durumun olduğu yerdir.

Amma məsələ ABŞ prezidenti Donald Trampın ölkəsinin Suriyadan getmək niyyətini daim bəyan etməsiylə qəlizləşir. Çox ehtimal ki, bu, cari ildə baş verməyəcək. Amma Trampın niyyətləri onun seçkiqabağı vədləriylə şərtlənir. Buna görə də mən buna ciddi yanaşardım. Həm də nəzərə almaq lazımdır ki, ABŞ qoşunlarının gedəcəyi halda bu bölgə buranı bölməyə cəhd edən bütün oyunçular tərəfindən müdaxilə obyektinə çevrilə bilər. Şimalda Böyük İdlib və türk qoşunlarının nəzarət etdiyi Afrin kürd kantonu daxil olmaqla Suriya ərazisinin 15%-ə yaxını Türkiyənin nəzarətindədir. “ən-Nusra” orada bir sıra şəhərlərdə ağalıq edir. İdliblilər Əsədə qarşı üsyandan sonra müxtəlif rayonlarda 160 yerli şura – əhalini gərəkən hər şeylə təmin edən yerli özünüidarə qurumları yaradıblar. Prinsipialdır ki, söhbət heç bir dövlətə tabe olmayan partiyasız muxtar şuralardan – nəsə anarxiyaçıların idealına yaxın bir şeydən gedir. Amma “Nusra” islamçıları ya onları ləğv edib, ya da işlərinə mane olurlar, əhaliyə xərac kəsir, öz rəqiblərini öldürürlər. Orada yerli əhalinin Əsəd qədər xoşu gəlmədiyi “Nusra”ya qarşı daim etirazları baş verir. Əsədin əməliyyatları bombaların altında minlərlə həlak olmağa məhkum ediləsi idlibliləri soyqırımıyla təhdid edirdisə, “Nusra” müntəzəm qarət və qətllər həyata keçirir.

Ən ağır durum Afrində yaranıb. Burada Türkiyəyə bağlı müxtəlif qruplaşmaların döyüşçülər sakinləri girov götürür, fermerlərin məhsulunu əllərindən alır, razılaşamayanları öldürürlər. İki yüz əlli mn kürd (Afrin əhalisinin yarısı) bu kantonu tərk edib və indi qaçqın düşərgələrində çadırda yaşayır. Bu, mühüm problemdir. Hansı səbbədəndir, bilmirəm, amma KİV-lər bundan az danışır.

–Lütfən, İŞİD-in formal olaraq iranlılar və rusların nəzarəti altında olan Əbu-Kamal şəhərinə bu yaxınlardakı hücumunu şərh edin. Qeyd olunur ki, bu, döyüşçülərə onlarla dinc sakini sakitcə özlərilə aparmağa mane olmayıb.

-İŞİD hələ bir-iki il qabaq Suriya və İraqda Fransa qədər və onmilyonluq əhalisi olan ərazilərə nəzarət edirdi, böyük şəhərlər – Mosul, Raqqa, Tikrit onun nəzarətindəydi. Amma haçansa idarə etdiyi rayonlar üzərində nəzarəti indi itirib. Demək olmaz ki, İŞİD populyardır. Döyüşçülərin bölgəyə gətirdikləri bəlalar son dərəcə böyükdür. Amma İŞİD orada gizli özəkləri saxlayıb. Tərəfdarları cüzidir, ancaq olduqca fanatikdirlər, bölgəni yönəldən istənilən gücə təhlükədirlər.

Tərcümə Strateq.az-ındır.

MilliYol.Az


Etiket: Türkiyə Mixail Maqid

Şərh yazın.


Digər xəbərlər

Azərbaycanda pensiyalar artırılır (RƏSMİ)

Azərbaycanda pensiyalar artırılır (RƏSMİ)

18.01.2021
Rusiya Dağlıq Qarabağın

Rusiya Dağlıq Qarabağın "müstəqilliyi" ilə bağlı mövqeyini açıqladı

18.01.2021
Rusiya Dağlıq Qarabağı öz tərkibinə qatmaq istəyir? - Lavrovdan açıqlama

Rusiya Dağlıq Qarabağı öz tərkibinə qatmaq istəyir? - Lavrovdan açıqlama

18.01.2021
Azərbaycanın məşhur Xalq artisti infarkt keçirdi (FOTO)

Azərbaycanın məşhur Xalq artisti infarkt keçirdi (FOTO)

18.01.2021
İlham Əliyevdən Qarabağ Dirçəliş Fondu ilə bağlı FƏRMAN

İlham Əliyevdən Qarabağ Dirçəliş Fondu ilə bağlı FƏRMAN

19.01.2021
Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

19.01.2021
Ramiz Mehdiyev AMEA-da yeni vəzifələr yaratdı

Ramiz Mehdiyev AMEA-da yeni vəzifələr yaratdı

19.01.2021
DYP-də yeni təyinat

DYP-də yeni təyinat

19.01.2021
Keçmiş məmurun xaricdə şirkəti üzə çıxdı (FOTO)

Keçmiş məmurun xaricdə şirkəti üzə çıxdı (FOTO)

19.01.2021
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanda pensiyalar artırılır (RƏSMİ)

Azərbaycanda pensiyalar artırılır (RƏSMİ)

18.01.2021
Rusiya Dağlıq Qarabağın

Rusiya Dağlıq Qarabağın "müstəqilliyi" ilə bağlı mövqeyini açıqladı

18.01.2021
Rusiya Dağlıq Qarabağı öz tərkibinə qatmaq istəyir? - Lavrovdan açıqlama

Rusiya Dağlıq Qarabağı öz tərkibinə qatmaq istəyir? - Lavrovdan açıqlama

18.01.2021
Nazirlikdə kadr dəyişikliyi

Nazirlikdə kadr dəyişikliyi

12.01.2021
Prezident Əhməd İsmayılova vəzifə verdi (SƏRƏNCAM)

Prezident Əhməd İsmayılova vəzifə verdi (SƏRƏNCAM)

12.01.2021
Rusiyanın bütün diqqətini 9-cu maddəyə yönəldən səbəb nədir?

Rusiyanın bütün diqqətini 9-cu maddəyə yönəldən səbəb nədir?

12.01.2021
Məşhur “qanuni oğru” məhkəmə zalından qaçdı

Məşhur “qanuni oğru” məhkəmə zalından qaçdı

20.12.2020
Atatürkün azərbaycanlı səfirə imzaladığı fotoşəkil - Məşhur cümlənin tarixi

Atatürkün azərbaycanlı səfirə imzaladığı fotoşəkil - Məşhur cümlənin tarixi

20.12.2020
Peyvənddən sonra dünyanı nə gözləyir? - Hindli astroloq 2021-ci ildən danışdı

Peyvənddən sonra dünyanı nə gözləyir? - Hindli astroloq 2021-ci ildən danışdı

20.12.2020
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az