Son illər Azərbaycanda bəzi siyasi partiya rəhərlərinin sədrlik postundan istefa vermələrinə şahidlik etmişik
Onlar əvəzləyən şəxslər isə bəzən partiyanın əvvəlki nüfuzunu qoruyub salaya bilməyiblər. Bu hal əsasən müxalifət partiyalarında müşahidə olunur.
Mətbuata açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da gələcəkdə sədrlikdən gedəcəyini deyib. Maraqlıdır, “Ana Vətən”də Fəzail Ağamalını əzələyəcək şəxs partiyanı batırmayacaq ki?…
Amma Fəzail Ağamalı Modern.az-a açıqlamasında partiya sədrliyindən belə tez getmək fikrinin olmadığını deyib:
“Mən yaxın vatlarda partiya sədrliyindən gedəcəyimi deməmişəm. Partiya sədrliyindən getməyim qurultayın işindən asılıdır. Mən demişəm gələcəkdə partiya sədrliyindən gedəcəyəm. Qurultay da 2020-ci ildə çağırılacaq. Mən indi durub deyim ki, istefa verirəm, adama deməzlər xeyir ola, nə baş verir? Sağlamlığım yaxşı, fəaliyyətim göz önündə, nəyə görə istefa verməliyəm? Partiyada işlər normal gedir. Ona görə hesab edirəm ki, məsələnin bu yöndə qoymaq doğru deyil. Mən yaxın vaxtlarda partiya sədrliyindən getmək fikrim yoxdur. Hələlik partiyada rəhbər kimi fəaliyyətimi davam etdirirəm. Hesab edirəm ki, sədr kimi işimin öhtəsindən gələ bilirəm. Amma mən vaxtında və zamanında partiya sədrliyindən gedəcəm”.
Fəzail Ağamalı hesab edir ki, Ana Vətən Partiyasında onu idarə edəcək yetərincə perspektivli insanlar var:
“Ana Vətən Partiyasında yetərincə perspektivli insanlar var. Bunların içərisində gənclər xüsusi yer tutur. Hesab edirəm ki, məndən sonra gələn yeni nəsil partiyanı idarə edəcək iqtidarındadır. Amma bütün bunları həll edən isə qurultaydır. Qurultayda partiya sədrliyinə müxtəlif namizədlər olur və həmin namizədlərin içərisində ən layiqlisi seçilir. Partiya sədrinin kim olması qurultayın səlahiyyətindədir. Hələlik bu məsələ yaxın zamanlarda gözlənilmir”.
F.Ağamalı Ana Vətən Partiyasının (AVP) hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşdirilməsi məsələsinin vaxtilə həmkarı Zahid Oruc tərəfindən ortaya atıldığını xatırladıb: “O zaman AVP-nın YAP-a birləşdirilməsi məsələsini mətbuata açıqlamasında Zahid Oruc demişdi. Jurnalistlər mənə bu yöndə suallar verəndə deyirəm ki, hal-hazırda bunun üçün zərurət yoxdur. Əgər gələcəkdə ehtiyac yaranarsa, bu məsələ aktuallığını ortaya qoyarsa, biz müzakirə edə bilərik. Bu gün isə AVP-nın YAP-a birləşməsi gündəlikdə deyil və bu məsələ hazırda ən müxtəlif səviyyələrdə belə müzakirə olunmur. Gələcəkdə siyasi proseslərdə hər şeyin baş verməsi mümkündür. Təbii ki, istisna etmək mümkün deyil və etmək də olmaz. Əgər gələcəkdə siyasi proseslər belə bir zərurəti ortalığa qoyarsa, təbii ki, AVP YAP ilə eyni ad altında fəaliyyət göstəmək üçün müsbət razılığa gələ bilər. Bir daha təkrar edirəm ki, bu, gələcəkdən və baş verə biləcək siyasi proseslərdən aslıdır”.
MilliYol.Az