"MDB üzv dövlətlərə neytral platforma kimi yanaşmır"
Bunu Qazaxıstandan olan politoloq Cumabek Sarabekov deyib.
Ekspertin sözlərinə görə, MDB əvvəllər də, “mədəni boşanma” mexanizmi kimi hərəkət edib:
“Bunun nəticəsi olaraq, iştirakçıların əksəriyyəti zəif bir təşkilatlnamaya üstünlük verdi. Ancaq bu gün bu format demək olar ki, tamamilə tükənib. Təşkilat yeni reallıqlara uyğunlaşmalı və effektiv şəkildə yerinə yetirilməsi lazım olan konstruktiv rolunu tapmalıdır.
MDB Birləşmiş Millətlər Təşkilatının mövcudluğu dövründə iqtisadi inteqrasiyanın real mexanizmi ola bilmir. Çünki tərəfdaş ölkələr arasında ticarət göstəriciləri son vaxtlar əhəmiyyətli dərəcədə azalmağa başlayıb. Eyni zamanda MDB-nin qarşısında bir sıra imkanlar açılır, lakin problemlər də var. MDB çərçivəsində, əsasən iqtisadi əməkdaşlıqda irəliləyiş əldə etmək imkanı mövcuddur. Hal-hazırda tərəflər arasında azad ticarətlə bağlı razılaşma əldə etmək üçün danışıqlar aparılır. Bu, MDB bazasında geniş xidmət mərkəzinin yaradılması və qarşılıqlı investisiyaların artırılmasına imkan verəcək”.
Cumabek Sarabekov Ukraynanın MDB-dən geri çəkilməsinin də, MDB qarşısında əlavə çətinliklərin yaratdığına, bundan əlavə Şərqi Ukrayna və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində müharibə riskinin artmasına diqqət çəkib.
Qarabağ münaqişəsi haqda danışan politoloq 2016-cı ilin aprel döyüşlərindən sonra cəbhə xəttində vəziyyətin gərgin olaraq qaldığını bildirib. (teleqraf.com)
MilliYol.az