Gələn il Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə neft-qaz hasilatının artacağı proqnozlaşdırılır
Bu barədə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyində deyilir.
Qeyd edilir ki, 2019-cu ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti üzrə neft hasilatının 0,6 milyon ton artırılaraq 30,9 milyon ton, qaz hasilatının isə 5,9 milyard kubmetr artırılaraq 29,7 milyard kubmetr həcmində olacağı nəzərdə tutulur.
Bundan başqa gələn il Azərbaycanın neft hasilatının 0,7 milyon ton artımla 38,5 milyon ton, təbii qaz hasilatının isə 6,7 milyard kubmetr artımla 36,9 milyard kubmetr təşkil edəcəyi nəzərdə tutulur.(azvision.az)
MilliYol.az