Brejnev hakimiyyətinin son illərində SSRİ-də, həmçinin paytaxt Moskvada ərzaq qıtlığı ölkə vətəndaşları üçün ən böyük problemlərdən birinə çevrilib
O cümlədən paytaxt sakinləri kənd təsərrüfatı məhsullarının, meyvə və tərəvəzin az olmasından da şikayətləniblər.
Amma şikayətlənənlər, ərzaq qıtlığından əziyyət çəkənlər bir tərəfə, mövcud vəziyyətdən “səmərəli” istifadə edən işbazlar sözün əsl mənasında dövrün milyonçularına çevriliblər.
Belə milyonçulardan biri də təkcə Moskvada yox, bütün SSRİ-də ən böyük meyvə-tərəvəz bazasının direktoru Mxitar Ambarsumyan olub. O dövrdə bu sahədə işləyənlərin söylədiklərinə görə, Ambarsumyan Moskvanın bütün meyvə və tərəvəz müğazalarını özündən asılı vəziyyətə salıb. Halbuki paytaxtda onun rəhbərlik etdiyi bazadan başqa neçə-neçə belə meyvə-tərəvəz bazaları da fəaliyyət göstərib.
Ambarsumyanın ən böyük “çevik”liyi ondan ibarət olub ki, o, rüşvət hesabanıa malların bazalar arasında bölgüsü zamanı ən çox məhsula sahib olub. Digər bazaların anbarları boş qaldığı halda o, əlavə anbarların tikilməsi üçün böyük pullar xərcləyib. Digər tərəfdən, Ambarsunyan sovxoz və kolxozlarla qeyri-rəsmi əlaqələr qurmağa, saxta sənədlərlə onlardan kənd təsərrüfatı malları almağa da nail olub.
Qazanc məqsədilə Ambartsumyan əla növ məhsulları meyvə-tərəvəz mağazalarına kağız üzərində üçüncü növ adı ilə buraxıb. Həmin mağazalar isə həqiqətən də əla növ olan məhsulları dövlət tərəfindən tənzimlənən əla növ qiymətinə satıblar. Əla növ ilə üçüncü növ arasında olan qiymət fərqi isə Ambarsumyanın şəxsi xəzinəsinə yığılıb. Moskva kimi böyük bir şəhərdə, tələbatlı məhsul sayılan meyvə və tərəvəzlərin tonlarla satılmasını nəzərə alsaq, gündəlik gəlirin hansı məbləğlərdə olduğunu təsəvvür etmək heç də çətin deyil.
Kağız üzərində qorxmadan, çəkinmədən belə maxinasiyaları aparmaq üçün Ambarsumyan saxta sənədlərdən, qaimələrdən istifadə edib.
Sonralar məlum olub ki, Ambarsumyan Moskva baş meyvə-tərəvəz birliyinin rəisi Uraltsevlə cinayət əlaqələrinə girərək saxta sənədlərlə hər gün tonlarla malı öz bazasına istiqamətləndirib. Malların bazaya daşınması və anbarlarda saxlanılması zamanı istənilən yoxlama olarkən həmin saxta sənədlərə əsasən hər şey qanuni görünüb. Mallar satıldıqdan sonra həmin sənədlər yoxa çıxıb. Birlikdə aparılan təftişlər zamanı isə bu “yük”ü Ambarsumyan öz üzərinə götürüb. Çox vaxt təftişin nəticələri haqqında arayışlar restoranlarda yazılıb. Beləliklə, Ambarsumyan və onun şərikləri dövlətə külli miqdarda ziyan vuraraq öz xəzinələrini zənginləşdiriblər.
Ambarsumyanın cinayət əməllərindən hamı xəbərdar olub, elə yüksəkçinlilər də. Sadəcə erməni tacir “səxavət”ini əskik etməyərək hamını susdura bilib. Ancaq bu çox çəkməyib.
Andropov Moskvanın “ticarət mafiyasını təmizləmək” əməliyyatına başlayanda Ambarsumyanın adı siyahıda ilk yerlərədən birini tutub.
DTK əməkdaşları meyvə-tərəvəz satışı ilə məşğul olan bütün şəbəkələrə gizli şəkildə öz qaimələrini buraxıblar. Çəmisi bir həftə keçdikdən sonra bu sahədə fəaliyyət göstərən obyektlərdə qəfil yoxlamalar başlayıb. O cümlədən Ambarsumyanın direktor olduğu bazaya da DTK əməkdaşları təşrif buyurublar. İlk növbədə istifadə olunan qaimələr tələb olunub və ekspertiziyaya göndərilib. Əslində əsl qaimələr DTK-nın buraxdığı qaimələr olmalı idi. Amma Ambartsumyanın bazasından və onun mal buraxdığı meyvə-tərəvəz mağazalarından götürülən qaimələr tam fərqli, Ambarsumyanın erməni tanışının gizli mətbəədə çap etdiyi qaimələr olub.
Beləliklə, fırıldaqçı Ambarsumyan həbs olunub.
İstintaq zamanı Ambarsumyan işi aparan müstəntiqlərlə dil tapmağı bacarıb. Müstəntiqlər Moskva ətrafındakı bağ evlərindən birində Ambarsumyanın adamlarından külli miqdarda pul alıblar. İstintaqın gedişində qəfil “mərhəmət”in hiss olunması cinayət işi bağlı həftəlik olaraq məruzə edilən Andropovun diqqətindən yayınmayıb. Andropov dərhal istintaq qrupunun dəyişdirilməsini göstəriş verib. Və əlavə olaraq Ambartsumyanla görüşlərə qadağa qoyub. Beləliklə,
Ambarsumyanın öz adamları və müstəntiqlərlə danışıq dövriyyəsi tam qapanıb. Yeni istintaq qrupu qısa bir müddətdə işi yekunlaşdıraraq 1985-ci ildə məhkəməyə göndərib.
Məhkəmədə erməni xislətinə xas olaraq Ambarsumyan müstəntiqləri su qiymətinə satıb, külli miqdarda onlara pul verdiyini söyləyib. Ancaq təkcə onları yox. Həm də bütün iş gördüyü adamları, zərflər göndərdiyi məmurları. O, elə düşünüb ki, bu etiraflar onun işini yüngülləşdirəcək. Məhkəmə isə qəti və dəyişməz hökmünü çıxarıb: ən ağır cəza, güllələnmə...
Qeyd edək ki, Mxitar Ambartsumyan 1921-ci ildə Ermənistanda anadan olub. Böyük Vətən müharibəsində iştirak edib, dörd dəfə yaralanıb, müharibə zamanı bir çox orden və medallarla təltif olunub. Müharibədən sonra Moskvaya köçüb. 1970-ci ildən cinayət yuvasına çevirdiyi Moskvanın Dzerjinski meyvə-tərəvəz bazasına rəhbərlik edib.(Musavat.com)
MilliYol.Az