• Xəbər lentİ
Fləş

2 il əvvəl yaradılan şirkət nizamnamə kapitalını 73 min dəfə azaldır

12:44 / 24.01.2021

Azərbaycanda son sutkanın koronavirus statistikası 

14:56 / 24.01.2021

“İstiqlal Zirvəsi” layihəsi təqdim edildi (VİDEO)

13:55 / 24.01.2021

Melaniyanı Trampla evləndirən güc: Bayden Ağ Evi onlardan təmizləməyi bacaracaqmı?

12:47 / 24.01.2021

2 il əvvəl yaradılan şirkət nizamnamə kapitalını 73 min dəfə azaldır

12:44 / 24.01.2021

20 yaşlı “Tender Canavarı” rəqib tanımır - “Sinam”ı kim himayə edir?

12:40 / 24.01.2021

Xaos dönəminə girərkən Türkiyənin üstünlüyü və Amerikanın problemləri...

12:35 / 24.01.2021

Avropalı alimlərdən ağlasığmaz layihə

12:32 / 24.01.2021

“Tunelin sonundakı” sülh

12:30 / 24.01.2021

Füzuli rayonunun Aşağı Veysəlli kəndindən VİDEO

11:40 / 24.01.2021

Novruz çərşənbələrinin vaxtı məlum oldu

11:04 / 24.01.2021

Azərbaycanda vulkanı püskürdü, 3 evə ziyan dəydi (FOTOLAR)

10:51 / 24.01.2021

Azərbaycanda son sutkada koronavirusun statistikası

17:49 / 23.01.2021

Prezident SOCAR-ın Müşahidə Şurasını yaratdı, naziri sədr təyin etdi

16:29 / 23.01.2021

İcra Hakimiyyəti müavin təyinatı xəbərini təkzib etdi (YENİLƏNİB)

16:13 / 23.01.2021

Prezident İsmayıl Hacıyevlə bağlı sərəncam imzaladı (FOTO)

15:33 / 23.01.2021

Vilayət Eyvazovdan yeni rəis təyinatı

15:10 / 23.01.2021

Vəzifəli şəxsin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlanıldı (RƏSMİ)

14:42 / 23.01.2021

Beynəlxalq Bankın maliyyə vəziyyəti yenidən pisləşdi: Bankın xalis mənfəəti kəskin azaldı

14:02 / 23.01.2021

İcra başçısı istefa verən bələdiyyə sədrini yeni vəzifəyə təyin etdi

13:49 / 23.01.2021

Vilayət Eyvazov polkovniki sərəncama göndərdi

13:26 / 23.01.2021

DİN sosial şəbəkə istifadəçilərinə müraciət etdi

11:59 / 23.01.2021

ABŞ-da müalicə olunan Azad Rəhimov vəziyyəti ağırlaşdı

11:54 / 23.01.2021

Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək

11:02 / 23.01.2021

Son sutkada Azərbaycanda neçə nəfər koronavirusa yoluxub?

18:33 / 22.01.2021

Ramiz Mehdiyev akademiki işdən çıxardı

16:53 / 22.01.2021

XİN-dən Avropa Parlamentinin qətnaməsinə reaksiya

16:15 / 22.01.2021

Şəhidin vida mərasimində nənəsi ürəktutmadan öldü (FOTOLAR)

15:59 / 22.01.2021

Kəmaləddin Heydərov “TIR”larla ölkədən 28 milyard pul çıxarıb - ŞOK İDDİA

15:23 / 22.01.2021

Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı (FƏRMAN)

14:01 / 22.01.2021

Ali məktəblərin açılması barədə qərar veriləcək

12:16 / 22.01.2021
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 25 Yanvar 2021
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

İqbal Ağazadə siyasətdə sevgidən yazdı: “Sevə-sevə…”

12:42 30.10.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“Sən gül ol da, uğruna oxumayan bülbül utansın”

Mövlanə

Sevmək bilirsinizmi nədir?

Sevmək – əziyyətdir, çətin yolu seçməkdir, nifrəti, kini, qəzəbi içində boğmaq, sənə münasibətindən asılı olmayaraq hər kəsə qucaq açmaqdır. Sevmək – səni sevməyənin arxasınca illərlə sürünməkdir, bir ömür boyu həsrətlə qovrulmaq, nisgil çəkmək, hicran yaşamaqdır.

Sevmək – içində birini böyütmək, dünyaya başqa pəncərədən baxmaq, nağıllı aləm yaratmaq, arzuları sıra-sıra düzmək, gözündən, ruhundan gülməkdir.

Sevmək – ürəyindən öpməkdir, qəlbini, ruhunu qapdırmaq, özün olmağı tərgitmək, azadlığından, canından, ruhundan – hər şeyindən keçməkdir.

Sevmək ən çətin işdir, ən ağır vərdişdir, qurbanlıq olmaqdır, şəhidlikdir.

Sevənlər heç məsud olmadılar ki…

Leylinimi deyim, Məcnundanmı söz açım, Vamiqimi nümunə göstərim, Əzradanmı danışım, Kərəmmi misal yerim olsun, yoxsa Əslimi?! Hansı biri sevgidən yarıdı ki?..

Sevmək Babəkəmi xoşbəxtlik gətirdi, yoxsa Rəsulzadə, Hacıbəyli, Xoyski yarıdı sevgidən?

Bəlkə Allahverdi, Çingiz, Mübariz sevginin şərbətini içdilər?

Heç biri sevgidən pay almadılar, nakam getdilər…

Bəlkə din şəhidimiz Həzrəti Hüseyn sevgisindən cavabını ala bildi, uğrunda savaşdıqlarına qovuşa bildi?…

Ona görə deyirəm, sevgi çətindir, ağırdır, hamının seçə bilmədiyi, uğrunda ölə bilmədiyi, hər şeyindən keçə bilmədiyi bir şeydir.

İndi heç kim çətini seçmək istəmir. Hamı işin ən asanından yapışmaq istəyir.

Problemlər bizi əzəndə, nəfəsimizi kəsəndə hamımız asi düşürük, nifrət, kin, qəzəb püskürürük. Və təəssüf ki, hamımız haqlı görünürük. Sıravi vətəndaşından tutmuş ictimai-siyasi statusu olan, vəzifəli-vəzifəsiz hər kəs asan yolla getməyi özünə rəva bilir.

Hamımız kütlələşirik, sevməyin çətin olduğunu bildiyimiz üçün çiynimizi o yükün altına vermək istəmirik.

Axı necə deyək ki, problemi sev? Kimə inandıraq ki, problemi sevə-sevə həll etmək daha asan yoldur? İnandırmağın özü də çətindir axı. Ən yaxşısı inandırmaq yox, elə-belə söz deyərək, çıxış edərək kütləyə qarışmaq deyilmi?

Bu ölkədə tanıdığımız nə qədər xərçəng xəstəsi var. Yaxın-uzaq tanışlarımızdan neçəsini bu amansız xəstəlik əlimizdən alıb? Hamımız da xərçəngi lənətləmişik. Amma böyük insan Fuad Poladov xərçəngi içində yaşada-yaşada sevdi, “mənimdir” deyib, ona sahib çıxdı – eynən cinayətkar övladımıza sahib çıxdığımız kimi.

Populyarxəbərlər

İcra başçısı bazar müdirinə “xərac” kəsdi, qiymətlər qalxdı – Beyləqanda

İcra başçısı bazar müdirinə “xərac” kəsdi, qiymətlər qalxdı – Beyləqanda

28.03.2019
Dövlət kül olan “Diqlas”la bağlı hərəkətə keçdi

Dövlət kül olan “Diqlas”la bağlı hərəkətə keçdi

28.03.2019

Sumqayıtdakı partlayışla bağlı rəsmi açıqlama: Rəis ölüb, 3 yaralı var  

28.03.2019

Ağalarovların təşkil etdiyi həmin görüş... -Trampın başı dərddə

10.02.2019

Nazir idarə rəisini vəzifədən azad etdi –Təhsil Nazirliyində yeni təyinat oldu  

11.11.2018

Bakı Nəqliyyat Agentliyi sürücülərə çağırış etdi

12.11.2018

"McDonald's" salatından zəhərlənənlərin sayı 500-ü keçib

24.08.2018
Ali məktəblərdə boş qalan yerlərə qeydiyyat başladı

Ali məktəblərdə boş qalan yerlərə qeydiyyat başladı

24.08.2018

Sərxan xəstəxanaya yerləşdirildi

24.08.2018

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva idman-əyləncə parkının açılışında iştirak edib

24.08.2018

Boş qalan abituriyentlərin qeydiyyatı başlayıb

24.08.2018

Şəmkirdə yol qəzası: 4 yaralı

24.08.2018

Böyüklük hamı ilə bərabər qışqırmaq, hamı ilə eyni şüar demək, toplumun halına öz vəziyyətini uyğunlaşdırmaq, səsini onlardan gur çıxartmaq deyil. Böyüklük çətini sevməkdir, sevgini, barışı, sülhü təbliğ etməkdir. Səndən inciyənə qucaq açmaq, sənin olmayanı səninki etmək, səni sevməyəni sevmək, bağışlamaqdır.

Böyüklük kütlədən biri olmaq yox, kütləni doğruya yönəltməkdir.

Evimizdə, ailəmizdə gülümsəmək, bağışlamaq, sevgi göstərmək, qucaqlamaq doğmalarımız məsud edirsə, görəsən, bizlər bunu niyə ölkəmizə, dünyamıza tətbiq etməyək ki?

Bu günlərdə debatların birində tərəf müqabilim “bu iqtidar bizi əzir, haqlarımızı alır, hüquqlarımızı pozur, onu necə sevə bilərik?!” – deyə mənə müraciət etdi. Yaxşı övladı, yaxşı insanı, dostu, doğmanı, hətta yaxşı vətəni sevməyə nə var ki, dostlar?

Oğulsan, pisi sev, səni bəyənməyəni, səni sevməyəni, sənə daş atanı, səni söyəni, vuranı, viran qalan Vətəni sev. Bacararsanmı?

Bu sevgi kütlə düşüncəsində, psixologiyasında olanlar üçün deyil. Bu, lider adına iddia edənlər, böyük olmaq istəyənlər üçündür. Qarışdırmayın, prezident, məmur, vəzifəli şəxs olmaq istəyənlər demədim – BÖYÜK ADAM olmaq istəyənlər dedim.

Hər kəsi qucaqlaya bilməyən böyük olmayacaq – prezident də olsa, baş nazir də, lap BMT-nin sədri də. Onlar da tarixdə sadəcə statistika kimi qalacaq.

Adını tarixə yazdırmaq istəyənlər, sevməyi vərdişə çevirənlər olacaq.

Yazımın əvvəlində Leylidən, Məcnundan, Vamiqdən, Əzradan, Əslidən, Kərəmdən yazdım…

İllərin süzgəcindən keçib bizə qədər bilirsinizmi niyə gəlib çatıb onların ismi? Onlar ər-arvad olmaq istəmirdilər, onlar sevirdilər, ər-arvadlıq üçün deyil, sevgiləri üçün yanırdılar. İstəsəydilər, sakitcə kimləsə o adi instinkt üçün izdivaca da girə bilərdilər. Onları sevgi böyütdü, ilahi eşq yaratdı və yaşatdı.

Babəkdən söz açdım…

Babək azadlıq sevdalısı idi. Onun eşqi Azərbaycan boyda idi. İstəsəydi, hakimi mütləq kimi də qalardı yaşadığı ərazidə. Lakin sevgisi o qədər ülvi idi ki, onun üçün canından keçdi, həyatını qurban verdi.

Rəsulzadədən, Xoyskidən, C.Hacıbəylidən danışdım. Kimləri necə və hansı şəraitdə sevmədilər ki? Ən böyük sevgiləri Azərbaycan olan bu insanlar elə Azərbaycan üçün də qurban getmədilərmi?

Allahverdi, Çingiz, Mübariz Qarabağ sevgisinə nümunə olacaq şəhidlik yaşamadılarmı?

Ən böyük din şəhidimiz Həzrəti Hüseyn hər şeyini Allah sevgisinə qurban vermədimi?

..Sevgilər nakam olur, az yaşayır, istəklərinə çatmır, qovuşmurlar… Amma tarix boyu sevgiləri üçün ölənlər nümunə, örnək olur. Açdıqları yolla, cığırla insanlar xoşbəxtliyə gedib çatır.

Biz siyasətçilər sevməyi unutmuşuq. Kütlələşmişik. Kütlənin xoşuna gələk deyə qışqırmağı, söyməyi, nifrət, kin, qəzəb püskürməyi seçmişik. Unutmuşuq ki, bizlər düzgünləri, doğruları, çətin, ağır olsa da, göstərməyə məsul olanlarıq. Sevgi çətindir. Biz ondan qaçırıq. Biz doğmamızı sevən, kütləni isə odun-alovun içinə atan, öz mənafeyini düşünən bir qrupa çevrilmişik. Biz lider olmağa deyil, müdir olmağa çalışanlarıq. Biz prezident olmaq üçün mübarizə aparanlarıq. Amma görəvimiz prezident olmaq deyil, əzilən, haqqı tapdalanan xalqımızı azadlığa çıxartmaqdır.

…Biz pislərdən nümunə götürənlərik. Qəzəbi, kini, nifrəti adət edənlərə bənzəməyə çalışanlarıq. Gücün, böyüklüyün yolunu onda görürük. Unuduruq ki, qəzəb, kin, nifrətlə silahlandırdığımız kütlə ilə uzağa gedə bilməyəcəyik. Olsa-olsa, bir neçə aylıq hakimiyyət kürsüsü əldə edə bilərik. Sonra qəzəbə vərdiş etdirdiyimiz kütlə bir gün də bizi ayaqları altına alacaq.

…Heç sevginin kimisə öldürdüyünü, əzdiyini, ayaqladığını görmüsünüzmü? Sevgilər, olsa-olsa, o sevgini yaşayanların özünü fəda etməsi ilə nəticələnə bilər.

Bütün cinayətlər nifrətdən, qəzəbdən, kindən törəmirmi? Bunu bilə-bilə nədən hamını qəzəb və kinlə silahlandırırıq?

Siz belə düşünürsünüz ki, sevgi ilə qalib gəlmək mümkün deyil? Yalnız nifrət və kin insanları öz yerindən əl çəkməyə məcbur edə bilər?

Təəssüf ki, illər uzunu belə yaşamışıq. Məişətimizdən gəlir bunların hamısı.

Biz sevdiyimiz şəxsdən ayrılanda belə düşmən olmadan ayrıla bilmirik. Ona görə nikahlar pozulanda uşaqlarımız kompleksli, yarımçıq, natamam böyüyürlər. Ata ananı söyür uşağın yanında, ana da atanı. Kimin pis olduğunu sübut etmək üçün valideynlər yarışa girir. Nəticəsini təəssüf ki, övladlarımız ağır yaşayır, bədəlini onlara ödədirik. Bax, siyasətimiz də belədir.

Müxalifətçiliyi proqram, idarəetmə fərqi ilə vətəndaşa izah edə bilmirik. Ölkəmizin indiki vəziyyətində çətindir, anlayıram. TV-lər yox, açıq görüşlər, münasibətlər qurmağa imkan verilmir. Asan olan söyməkdir, kütlənin damarını basmaqdır. Biz də onu edirik. İndi söyməyən müxalifət deyil, qışqırmayanın, təhqir etməyənin müxalifət mandatı yoxdur.

…Hara gedirik?

Üsyana, qana, qarşıdurmaya, çevrilişə, inqilaba, vətəndaş müharibəsinə.

Bəlkə nifrət etdiyiniz kimlərsə həqiqətən bu inqilablarda ən ağır bədəl ödəyəcək, amma ondan böyük itki Azərbaycanın olacaq.

…Bəylər, nifrət ruhunda böyüdülən, kin-qəzəb püskürən, əsəbi toplumla demokratik cəmiyyət qurulmaz. Olsa-olsa kimsə görəvindən alınar.

Biz qəzəbli kütlənin deyil, sevgi ilə ölkəsinin gələcəyini düşünən insanların prezidenti olmağa çalışmalıyıq.

Sevgi ilə dəyişək. Sevgi təkcə hiss deyil. Sevgi həm də ağılla hissin çulğaşmasıdır.

Biz – siyasi rəhbərlər, insanları sevgi ilə dəyişməyə vərdiş etdirsək, bir-birimizi qucaqlayaraq, pisimizə də sahib çıxaraq hər kəsi öz yerinə qoymaq istəsək, sıralarımızda çox insan olacaq. Pis dediklərimiz, gördüklərimiz də səfimizdə yer almağa çalışacaq. Sən yaxşını, sevgini göstər ki, qarşındakılar pis görünməkdən qorxsunlar, çəkinsinlər. Sən pis olduqca, pislərə bəraət verirsən, onlar da bizimlə eyni sırada dayanır. Çünki onların pisliyini göstərəcək yaxşılar sırası yoxdur. Olsa-olsa, bir pisin yerinə keçmək istəyən digər pis var.

…Sevgi prinsipsizlik deyil, yolundan, haqqından, hüquqlarından keçmək deyil. Ən böyük prinsip elə sevgin üçün sona qədər mübarizə aparmaqdır.

MilliYol.Az


Etiket: İqbal Ağazadə sevə sevə sevgi

Şərh yazın.


Digər xəbərlər

20 yaşlı “Tender Canavarı” rəqib tanımır - “Sinam”ı kim himayə edir?

20 yaşlı “Tender Canavarı” rəqib tanımır - “Sinam”ı kim himayə edir?

24.01.2021
Xaos dönəminə girərkən Türkiyənin üstünlüyü və Amerikanın problemləri...

Xaos dönəminə girərkən Türkiyənin üstünlüyü və Amerikanın problemləri...

24.01.2021
Melaniyanı Trampla evləndirən güc: Bayden Ağ Evi onlardan təmizləməyi bacaracaqmı?

Melaniyanı Trampla evləndirən güc: Bayden Ağ Evi onlardan təmizləməyi bacaracaqmı?

24.01.2021
Avropalı alimlərdən ağlasığmaz layihə

Avropalı alimlərdən ağlasığmaz layihə

24.01.2021
Azərbaycanda vulkanı püskürdü, 3 evə ziyan dəydi (FOTOLAR)

Azərbaycanda vulkanı püskürdü, 3 evə ziyan dəydi (FOTOLAR)

24.01.2021
Novruz çərşənbələrinin vaxtı məlum oldu

Novruz çərşənbələrinin vaxtı məlum oldu

24.01.2021
“Tunelin sonundakı” sülh

“Tunelin sonundakı” sülh

24.01.2021
2 il əvvəl yaradılan şirkət nizamnamə kapitalını 73 min dəfə azaldır

2 il əvvəl yaradılan şirkət nizamnamə kapitalını 73 min dəfə azaldır

24.01.2021
“İstiqlal Zirvəsi” layihəsi təqdim edildi (VİDEO)

“İstiqlal Zirvəsi” layihəsi təqdim edildi (VİDEO)

24.01.2021
Azərbaycanda son sutkanın koronavirus statistikası 

Azərbaycanda son sutkanın koronavirus statistikası 

24.01.2021
Füzuli rayonunun Aşağı Veysəlli kəndindən VİDEO

Füzuli rayonunun Aşağı Veysəlli kəndindən VİDEO

24.01.2021
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
20 yaşlı “Tender Canavarı” rəqib tanımır - “Sinam”ı kim himayə edir?

20 yaşlı “Tender Canavarı” rəqib tanımır - “Sinam”ı kim himayə edir?

24.01.2021
Xaos dönəminə girərkən Türkiyənin üstünlüyü və Amerikanın problemləri...

Xaos dönəminə girərkən Türkiyənin üstünlüyü və Amerikanın problemləri...

24.01.2021
Melaniyanı Trampla evləndirən güc: Bayden Ağ Evi onlardan təmizləməyi bacaracaqmı?

Melaniyanı Trampla evləndirən güc: Bayden Ağ Evi onlardan təmizləməyi bacaracaqmı?

24.01.2021
Azərbaycanda pensiyalar artırılır (RƏSMİ)

Azərbaycanda pensiyalar artırılır (RƏSMİ)

18.01.2021
Co Bayden daha bir erməniyə vəzifə verir

Co Bayden daha bir erməniyə vəzifə verir

18.01.2021
Azərbaycanın məşhur Xalq artisti infarkt keçirdi (FOTO)

Azərbaycanın məşhur Xalq artisti infarkt keçirdi (FOTO)

18.01.2021
Azərbaycanda yeni telekanal yaradılacaq

Azərbaycanda yeni telekanal yaradılacaq

25.12.2020
SSRİ-nin miskin və sönük son günü – Qorbaçovun Kremldən urvatsız yola salınması 

SSRİ-nin miskin və sönük son günü – Qorbaçovun Kremldən urvatsız yola salınması 

27.12.2020
Zeynəb Xanlarovanın istintaqdan gizlənən bacısı oğlu tutuldu

Zeynəb Xanlarovanın istintaqdan gizlənən bacısı oğlu tutuldu

25.12.2020
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az