“Lragir.am”,
Ermənistan, 29 oktyabr 2018-ci il
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiya və Cənubi Qafqaz ölkələrinə səfəri, mahiyyətcə, ABŞ-ın Cənubi Qafqazı özünün strateji maraq və təsir zonası elan etməsindən, beləliklə, regiondakı əsrlik rus-türk “status-kvo”sunu və Rusiyanın ənənəvi rolunu mübahisələndirməsindən ibarət olan kəskin bəyanatlarla əlamətdar oldu.
Ermənistan və Azərbaycana silah satılması haqqında verilən təklifə və Qarabağ məsələsinin tənzimlənməsi haqqındakı bəyanata məhz bu aspektdə, daha geniş, geopolitik kontekstdə baxmaq lazımdır.
Rusiya Boltonun təklifi ilə bağlı hələ rəsmi bəyanat verməyib. Maraqlıdır, belə ki, ABŞ-ın Ermənistandakı keçmiş səfirinin bəyanatı ilə əlaqədar RF XİN kifayət qədər sürətlə reaksiya verdi. O da nəzərə alınmalıdır ki, Bolton səs-küylü bəyanatlarının əksəriyyətini məhz Yerevanda verib.
Bu bəyanatlar Ermənistanda ənənəvi sxem üzrə şərh olunub. Yəni, silah satışı təklifi tamamilə biznes olaraq, Qarabağ üzrə təklif isə ərazilərin güzəştə gedilməsi kimi qəbul edilib.
Eyni zamanda, Boltonun “Qarabağ tənzimlənməsi asan iş olsaydı, məsələ çoxdan həll olunardı” və o, “regiona bundan ötrü gəlmədiyini” deyərək, səsləndirdiyi bəyanata, demək olar ki, diqqət verilməyib. O deyib ki, tərəflər özləri razılığa gəlməlidirlər.
Öncə isə ABŞ-ın Ermənistandakı sabiq səfiri bəyan etmişdi ki, erməni cəmiyyəti güzəştlərə qarşıdır.
“Mürəkkəb və qəti addımlar”la bağlı məşhur ifadə xatırlanmalıdır: “Torpağı qazanmaq asandır, saxlamaqsa çətin”.
Digər tərəfdən, əgər ABŞ Rusiyanın regiondakı rolunu və yüzillik rus-türk “status-kvo”sunu mübahisələndirirsə, o halda məhz Ermənistan həlledici əhəmiyyət qazanır. Belə ki, “status-kvo”nu ilk dəfə 1990-cı illərin əvvəlində Arsaxda (mətndə belə gedib, Dağlıq Qarabağda – tərc.) qazandığı qələbə ilə erməni ordusu pozub və yaranmış durumu iki onillik ərzində qoruyub saxlayıb.
Amerikanın yeni siyasətində Ermənistanın rolu digər planda da həlledici olur. Mahiyyətcə, qayğı ilə unudulmuş “Şuşada kim oturubsa, regionu da o idarə edir” prinsipi işə düşməyə başlayır. Bunun erməni mühitində daha dərin anlaşılmasına ehtiyac var.
Eyni zamanda, yeni hakimiyyətin xarici siyasətdə atdığı müəyyən addımlar və irəli sürdüyü tələblər vəziyyətin dəyişməsinə gətirib çıxarıb. Regionun gələcəyi və onun törəməsi olaraq ortaya çıxacaq yeni qüvvələr balansı və ya “status-kvo” Ermənistanın siyasətindən asılı olacaq.
Ermənistan hakimiyyəti və siyasi qüvvələri Suriyaya qruplaşmanın göndərilməsi, Arsax məsələsinin tənzimlənməsi və s. ilə bağlı olaraq sızlamaları kəsərək, məsələlərə məhz bu prizmadan baxa biləcəklərmi?
Ermənistan qarşısında möhtəşəm imkanlar açılır, eyni zamanda risklər yaranır. Əgər əvvəllər hər şey Ermənistanın fikri soruşulmadan edilirdisə, indi onun beynəlxalq proseslərdə iştirak etmək imkanı var. Milli maraqlara xidmət baxımından bu fərqi qeyd etmək yersiz olmaz.
Boltonun silah satışı və Qarabağ məsələsinin tənzimlənməsi haqqındakı təkliflərinin Ermənistanda “birbaşa qavranması”na gəldikdə, birbaşa belə sual vermək lazım gəlir: bəlkə, bu bəyənatlar Ermənistana deyil, Rusiya, Türkiyə və Azərbaycana ünvanlanıb?
Əsas məsələ yanaşmadadır, siyasətin cazibəsi isə universallıq və yaradıcılıqdadır.
MilliYol.Az