Özünün fərqli sosial aksiyyaları ilə fərqlənən "Tiara” gəlinlik salonu Azərbaycanda ilk dəfə "Wedding Fashion” adlı gözəllik müsabiqəsinə start verib
Müsabiqənin informasiya dəstəkçisi olan Qaynarinfo-nun verdiyi xəbərə görə, Milli konseptdə keçirilməkdə olan layihə ictimaiəyyət tərəfindən rəğbətlə qarşılanır və böyük marağa səbəb olub.
Müsabiqənin fotosessiyaları digər müsabiqələrdən fərqli olaraq milli libaslarda keçirilir. Bu işdə "Tiara”-ya "Mədəniyyətlərin təbliği və xalq yaradıcılığna dəstək” ictimai birliyi dəstək verir.
Müsabiqə ərəfəsində tarix boyu günümüzə gəlib çatan xına mərasimi də canlandırılmaqdadır. Hər fotosessiya zamanı model xanımların əllərinə xına da çəkilir.
Müsabiqə 20 xanım arasında keçirilir. Hal-hazırda seçim turu davam edir. Müsabiqənin İnstagram səhifəsində (@wedding_fashion_tiara) səsvermə nəticəsində 20 xanımdan yalnız 10 xanım seçilərək finala vəsiqə qazanacaqlar. Final gecəsi 10 dekabr "Pullman” otelində keçiriləcəkdir. Bu gecədə xanm modellər podiumda adi ziyafət və idman libaslarında deyil, gəlinlik libaslarında cıxış edəcəklər.
Final gecəsində Podium
Gecədə daha bir maraqlı məqam da ondan ibarətdir ki, "MeMarelli” moda evinin ziyafət libasları da digər model xanımlar tərəfindən podiumda numayiş olunacaqdır. Qeyd edək ki, "MeMarelli” "Wedding Fashion Tiara” müsabiqəsinin fotosessiyalarında istifadə olunan milli libasların yaradıcısıdır. Bir çox moda müsabiqələrinin, TV aparıcılarının, müğənnilərin müraciət etdiyi bu moda evinin ekskluziv, təkrarolunmaz geyimləri 10 dekabr final gecəsində "Pullman” otelində nümayiş olunacaqdır.
Musiqili qonaqlar
Final gecəsində maraqlı və ədalətli yarışma ilə birgə yerli müğənnilərin iştirakı ilə şou-proqram da olacaq. Gənc və istedadlı xanim Nərgiz Təhməzli, bariton səsə malik və Azərbaycanı İtaliyanın məhşur "San Remo” festifalında layiqincə təmsil edən Nofəl Aslanov, son zamanlar "Youtube” və "İnstagram” izləyicilərinin sevimli müğənnisinə çevrilən, gözəl ifası ilə hər kəsdən fərqlənən Nigar Mühərrəm, Sərhəd Qoşunları Orkestrinin solisti , "Səs Azərbaycan" layihəsinin ən parlaq iştirakçısı Nərmin Kərimbəyova, son zamanlar musiqiləri ilə toyların bəzəyinə çevrilmiş " Yallı” qrupu və s. musiqili qonaqlar tədbirə rəng qatacaqdır.
Juri-Münsiflər heyəti
Bu müsabiqənin münsiflər heyəti də olduqca maraqlıdır.
Respublikanın əməkdar artistləri, gözəl müğənnilərimiz Mətanət İsgəndərli, Elza Seyidcahan, kreativliyi ilə seçilən aparıcılar, ATV kanalının tanınmış aparıcısı Mətanət Allahverdiyeva və Lider TV-nin baş prodüseri, "TexnoPark” verlişinin dinamik aparıcısı Zaur Əliyev, Azərbaycanın ən tanınmış və zovqlu bloggeri Lalə Əhmədova, gənc təşkilatçı və keçirdiyi müsabiqələrlə fərqlənən Aqil İlqaroğlu, "Mədəniyyətlərin təbliği və xalq yaradıcılığına dəstək” İctimai Birlyinin sədri model-dizayner Laləndar Novruzova, gözəl və dünyaca tanınmış modelyer-dizayner Şəlalə Maqsudova, ilin ən aktiv iş xanımı " CananaLegend” gözəllik salonunun rəhbərliyi Canana Həmidli, Lider TV, Space TV, DTV kanallarının əməkdaşı, "Express Xəbər” portalının redaktoru peşəkar jurnalist və yazar Lalə Qəzənfər, " Avon Azərbaycan”-ın brend menejeri Lalə Həsənova da juri heyyətinin tərkibindədirlər.Sponsor və tərəfdaşlar
"Sushi Azərbaycan” –müsabiqənin ilk sponsorudur. Özünün fərqli və keyfiyyətli xidməti ilə seçilən "Sushi Azərbaycan” müsabiqənin sponsoru olmaqla yanaşı hər 10 müsabiqə iştirakçısına "Sushi Set” hədiyyə edəcəkdir.
"Avon Azərbaycan” –bir dünya brendi olaraq, artıq Azərbaycanda rəsmi fəaliyyətinə start verib. Belə ki, ilk dəfə olaraq məhz "Wedding Fashion Tiara” layihəsinə sponsorluq edən keyfiyyəti ilə fərqlənən "Avon Azərbaycan” hər 20 iştirakçıya kosmetik set hədiyyə edəcəkdir.
Növbəti sponsor isə məişət texnikasının Azərbaycanda ən keyfiyyətli nümayəndəsi "Bompani Azərbaycan”-dır. İtaliya brendi olan bu məhsullar bu günə qədər alıcıların rəğbətini qazanmış və öz sahəsində xidmətində fərqləyində görə yerini daha da möhkəmlətmişdir. " Bompani Azərbaycan” da öz növbəsində yarışın 1, 2 və 3-cü yerlərinin sahiblərini müxtəlif və fərqli hədiyyələrlə təltif edəcəkdir.
Partynor olaraq öz dəstəyini əsirgəməyən " CananaLegend” gözəllik salonu da müsabiqənin əsas aparıcı qüvvələrindən biridir. Model xanımların bəzədilməsində onların zövq işlərində dəstək olan bu salonun əziyyəti əvəzolunmazdır. Müştərilərin razılığı, keyfiyyətli xidməti, bacarıqlı ustaları və səmimi rəhbərliyi ilə fərqlənən bu gözəllik məkani "Tiara” gəlinlik salonunun necə düzgün seçim etdiyinin bir bariz nümunəsidir.
MilliYol.Az