Müğənnilik edən qadın hakim qarşısına çıxarılıb
O, qadınları cinsi istismara məruz qoymaqda ittiham edilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyəyə apararaq fahişəliyə məcbur etməkdə təqsirləndirlən müğənni Təranə Muradovanın məhkəməsi davam etdirilob.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm əsasən T.Muradova barəsində şərti cəza təyin edilib.
O, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, istintaq müddətində Təranə Muradova ev dustaqlığında olub. Amma o istintaqdan yayındığı üçün axtarışa verilib və tutularaq həbs edilib.
İttihamda T.Muradovanın 4 qadına qarşı eyni cinayət əməlini törətdiyi qeyd edilir. O isə onlardan yalnız birini tanıdığı deyib və əlavə edib ki, həmin qızla da administrator işlədiyi obyektdə tanış olub. Digərini sadəcə üzdən tanıdığını deyən müğənni qalan 2 qadını tanımadığını bildirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən 2018-ci il fevralın 26-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Muradova Təranə Əli qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.
Təranə Muradova əvvəllər qadın alverinə görə polis tərəfindən tutulub.
Müğənniliklə məşğul olan Təranə Muradova bir neçə il əvvəl “Azəristar” mahnı yarışmasında iştirak etmiş Rüstəm Əlişanov və başqa bir qadınla birgə Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirləndirilib. Lakin o, çox keçmədən həbsxanadan çıxıb və köhnə peşəsini davam etdirib.
MilliYol.Az