Nüfuzlu “qanuni oğru” Nadir Səlifovun (Quli) Türkiyədə ikinci dəfə saxlanılmasından sonra Rusiyanın Daxili İşlər Nazirliyi İnterpola onun beynəlxalq axtarışda olduğunu xatırladaraq, onun Rusiyaya ekstradasiyası ilə bağlı sorğunu təkrarlayıb
Bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarından məlumat verilib.
Mənbə eyni zamanda qeyd edib ki, buna görə böyük illüziyaya qapılmağa ehtiyac yoxdur. Türkiyə Qulini yalnız daha dəhşətli nəsə törədərsə, ekstradasiya etməyə razılaşacaq.
Rusiyanın Daxili İşlər Nazirliyi əvvəllər İnterpola onun ekstradasiyası ilə bağlı sənədləri Nadir Səlifov birinci dəfə oktyabrın 8-də İstanbulda saxlanılanda göndərsə də, lakin cavab ala bilməyib. Xəbər verilirdi ki, Qulinin saxlanılmasına səbəb Rusiya KİV-lərində onun Rusiyadakı cinayətkar fəaliyyəti və Səlifovun 2016-cı ildə Türkiyədə əsas rəqibi – “qanuni oğru” Rövçən Lənkəranskinin öldürülməsi ilə bağlı çoxsaylı yazılar olub. Lakin tezliklə Türkiyə hakimiyyətini Qulinin ölkədə qalmasının qanuniliyi narahat edib və növbəti gün azadlığa buraxılıb. Ölkənin miqrasiya idarəsi onun deportasiyasını ləğv edib.
Quli Hikmət Sabirabadlı və Çingiz Sedoyun qətlində günahlandırıla bilər
Oktyabrın 22-də yayılan məlumata görə, Türkiyənin Miqrasiya xidməti “qanuni oğru”nu yenidən saxlayıb, sonradan Bolqarıstanla sərhəddəki təcridxanalardan birinə salınıb. Rusiya Daxili İşlər Nazirliyi bundan sonra yenidən Qulinin deportasiyası ilə bağlı sənədləri İnterpola yollayıb.
Rusiya artıq bir ildən çoxdur Səlifovu adam oğurluğu, zorakılıq əməllərinə görə axtarır.
Mənbə qeyd edir ki, əgər “qanuni oğru”nu Türkiyə verərsə və Moskvadakı istintaq təcridxanasına salınarsa, Daxili İşlər Nazirliyi Qulinin şübhəli bilindiyi keçmişdəki iki səs-küylü qətllə bağlı işiləri qaldıracaq.
Söhbət 10 il Nadir Səlifovla digər nüfuzlu “qanuni oğru” Hikmət Muxtarov (Hikmət Sabirabadlı) arasındakı müharibədən gedir. Onlar Azərbaycanda həbsxanada cəza çəkiblər. Burada “qanunçular” arasında ciddi münsaqişə yaranıb, nəticədə onlar ət qatı düşmən olublar.
Hilmət Sabirabadlı azadlığa çıxandan sonra Moskva gedib və yaxın silahdaşı, “qanuni oğru” Çingiz Axundovla (“Sedoy” Çingiz) Qulinin “oğru aləmi”ndə hörmətdən salmaq üçün kampaniya başladıb. Başlıca məqsəd həm də Qulinin paytaxt regionundakı obyektlərinə nəzarəti ələ keçirmək olub. Onlar Qulini yığıncaqlardan birində “oğru titulu”ndan məhrum ediblər, lakin quli özü bu qərarı qəbul etməyib, Azərbaycan həbsxanalarındakı kriminal həyata nəzarəti tam əlində saxlaya bilib.
Quli Hikmət Sabirabadlı və Çingiz Sedoyun qətlində günahlandırıla bilər
Muxtarovu 2006-cı ildə Moskvada naməlum şəxs güllələyib, bundan bir qədər sonra Çingiz Axundov da öldürülüb.
Məlumata görə, Moskvanın əməliyyatçılarında hər iki cinayəti Qulinin komandasının törətməsi ilə bağlı materiallar var. Əgər Quli Rusiyaya ekstradasiya olunarsa, hüquq-mühafizə orqanlarında bu işlərə qayıtmaq imkanı yaranacaq.(Reyting.az)
MilliYol.Az