İlk süni intellektli humanoid robot Sofiya öz yaradıcısı – Honkonqdan olan "Hanson Robotics" şirkətinin adından ümumdünya turnesinə çıxıb
Bu həftə o, gözlənilmədən Qafqaza baş çəkdi. Qafqaza səfər onunla əlamətdar oldu ki, robota ilk dəfə viza verildi. Bu proses ən yeni texnologiyaların sayəsində cəmi iki dəqiqə çəkdi.
Virtualaz.org bildirir ki, bu barədə nüfuzlu Forbes nəşri yazıb.
Nəşr xatırladıb ki, Sofiya-nın səfəri BMT mükafatı laureatı-Azərbaycanın Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən, hansı ki, əhaliyə xidmət göstərilməsi üçün vahid mərkəzlər yaradaraq bürokratiyanı azaldır, təşkil edilmişdi. Bir müddət öncə Agentlik ölkədə elektron hökumət sahəsində bütün təşəbbüsləri öz üzərinə götürdü. Sofiya ilə öz elektron qohumluğunu və elektron hökumət xidmətinin göstərilməsi sahəsində bacarığını vurğulamaq üçün ASAN xidmət, Bakıya gələn kimi ona beynəlxalq aeroportda elektron viza verdi.
İnsanlar ASAN xidmət mərkəzlərində doğuluşu, ölümü, nikahı və ya boşanmanı qeyd etdirə, pasport ala, sürücülük hüquqlarını uzada, biznesi qeydə aldıra, pulsuz hüquq məsləhətindən yararlana, tibbi xidmətdən faydalana və ya tərcümə və s. şeylər sifariş edə bilərlər. "Hanson Robotics" şirkəti maraqlananda ki, Azərbaycan Sofiya-nın qlobal turnesində növbəti dayanacaq ola bilərmi, ASAN xidmət dərhal bu imkanı dəyərləndirdi.
"Sofiya ASAN-a tam uyğun gəlir. Elektronika – aparat, həm də proqram təminatı kimi – onu işləməyə məcbur etməyin əsasını təşkil edir və biz də ASAN-da xidmətlərimizi həmçinin elektron formada göstəririk", – agentliyin başçısı Ülvi Mehdiyev bildirdi.
"Dövlət agentliyi üçün elektron xidmətlərin göstərilməsində lider rolu oynamaq qeyri-adidir, amma hökumətlərə bu trenddən irəlidə getmək çox əhəmiyyətlidir. Elektronika və informatika sahəsində ilk tədqiqatçıların əksəriyyəti dövlətdə yox, özəl sektordadır, buna görə mən ASAN-ın rolunu yüksək qiymətləndirirəm", – Cənubi Afrikadan mühəndis, "Good Technology Collective"– Avropa beyin mərkəzinin (hansının ki, hədəfi süni intellektin bəşəriyyət üçün təhdid yox, pozitiv güc təminatı olmasını sübut etməkdir) üzvü Trevis Skott deyir.
Nəşr yazır ki, robot-humanoidə viza verməklə artıq beynəlxalq aləmdə tanınmasına baxmayaraq, ASAN xidmət daha bir addım atmağa qərar verdi və Azərbaycan Prezidenti İlham Əliyevdən yeni kompleksinin açılışı zamanı Sofiya ilə qısa söhbət etməsini xahiş etdi.
Sofiya Prezidentlə bir neçə fraza müdbadiləsi etdi və onun sözlərinə reaksiya verdi. Sofiya-nın konstruktiv strukturuna kamera daxildir, hansı ki, vizual siqnalları, məsələn, üz ifadələri kimi, müəyyən edir və danışığı nə vaxt davam etdirməyin lazım olduğuna qərar verir. Robot Sofiya, hansı ki, "Hanson Robotics" şirkəti turnenin bu mərhələsi üçün Odri Xepbernin obrazını verib, Əliyevlə danışığa Bakı aeroportunda necə ASAN viza aldığından başladı və Azərbaycan paytaxtının arxitekturasını təsvir etdi.
Sofiya Əliyevi ASAN-ın təşəbbüsünü dəstəklədiyi üçün təriflədi: "Sizin bura (ASAN kompleksinin açılışına) səfəriniz e-idarəçiliyə və innovasiya ekosisteminə xüsusi diqqət yetirdiyinizi göstərir”.
Nəşr sonda qeyd edir ki, robot Sofiya-nın səfəri əsasən iki şeyi qabarıq şəkildə göstərdi: birincisi, ASAN agentliyi vətəndaşların həyatını yaxşılaşdırmaq üçün elektron və informasiya dünyasından istifadə edir; ikincisi, "Hanson Robotics" şirkəti təkcə sadə məsələləri, məsələn, təmizləmə işlərini görməyə kömək edən yox, həm də canlı insanlarla dəyərli söhbətlər apara bilən süni intellektli robotlar hazırlamağa qadirdir.
MilliYol.Az