Yunanıstanın İnformasiya, Rəqəmsal Siyasət və Telekommunikasiya Nazirliyində “Home New Home” (Ev Yeni Ev) adlı qaçqınlar barədə təsəvvürü dəyişmək məqsədi daşıyan beynəlxalq layihənin təqdimatı keçirilib
Layihədə qaçqınların özləri tərəfindən çəkilmiş 32 film iştirak edir. Layihə Yunanıstan parlamentinin dəstəyi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və “Stavros Niarxos” fondunun yardımı ilə reallaşıb.
Layihənin rəhbəri Konstantinos Spiropulos diqqətə çatdırıb ki, burada əsas məqsəd insanlarda qaçqınlar barədə əmələ gəlmiş mənfi fikri aşılamaqdır. Qaçqınların özləri barədə çəkdikləri filmlər onların kim olduqlarını göstərirlər.
Yunanıstanın informasiya, rəqəmsal siyasət və telekommunikasiya nazirliyinin müavini Lefteris Kretsos qeyd edib ki, miqrasiya böhranı Avropanın insanlığa dəstəyini bir daha sübut etdi.
Layihənin büdcəsi 68 min avro təşkil edir. Filmlər İtaliya, Türkiyə, İordaniya, Livan, Malta, Fələstində, xüsusilə də çoxlu sayda qaçqın qəbul etmiş və qaçqın düşərgələrinin çox olduğu Yunanıstan adalarında göstəriləcək. (azərtac)
Milliyol.az