“Azərbaycanda dövlət və xalq tərəfindən multikultural dəyərlərə çox böyük önəm verilir”
Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, Azərbaycan xalqı humanist olmaqla yanaşı, başqa dinlərə və digər dövlətlərdə yaşayanlara qarşı loyal olub: “Azərbaycanda dilindən, dinindən asılı olmayaraq yaşayan hər bir insan öz dil, din azadlığını tapa bilir. Bununla da dünyaya göstəririk ki, Azərbaycan xalqı tolerant xalqdır”.
A.Paşazadə qeyd edib ki, Azərbaycanda dinlərarası əlaqələrin mərkəzi yaradılıb: “Azərbaycan yaralı dövlətdir. 20 faiz torpaqlarımızın işğal olunması, məscidlərimiz qəsb olunması, ibadətgahlarımızın, qəbrlərimizin xarabalığa çevrilməsi, həm sinaqoq, həm də kilsələrin dağıdılması bir daha dünyaya göstərir ki, buna baxmayaraq Azərbaycan xalqı yenə də humanist xalqdır. Xalqımız öz qələbəsinə inanır. İnanıram ki, biz qələbə qazanacağıq, torpaqlarımız işğaldan azad ediləcək.
Bu gün biz əzab çəkən bir xalq kimi, eləcə də bütün din xadimləri dünyaya car çəkir ki, torpaqlarımız zəbt olunmasın, münaqişələr olmasın deyə humanist olaq, bir-birimizə hörmətlə yanaşaq, dövlətlərin qanunlarına hörmət edək. Bu baxımdan belə humanitar forumlar bizim üçün çox önəmlidir. Belə forumlar bizim varlığımızı, yüksəkliyimizi göstərir”.(Report)
MilliYol.Az