• Xəbər lentİ
Fləş

BNA əməkdaşları böyük tıxaca səbəb oldu: İnsanların həyatı təhlükəyə atıldı (FOTO)

10:51 / 14.12.2019

Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edildi (RƏSMİ)

15:21 / 14.12.2019

Məhərrəm Əliyev yeni vəzifəsində ilk dəfə... (FOTOLAR)

12:14 / 14.12.2019

BNA əməkdaşları böyük tıxaca səbəb oldu: İnsanların həyatı təhlükəyə atıldı (FOTO)

10:51 / 14.12.2019

İlham Əliyev Dövlət Komissiyasının tərkibini dəyişdi

17:16 / 13.12.2019

Xaçmazda yol tikintisinə 15,4 milyon manat ayrıldı

17:15 / 13.12.2019

Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı (TƏFƏRRÜAT)

16:50 / 13.12.2019

Zənurə Talıbovaya yeni vəzifə verildi

15:39 / 13.12.2019

Prezident tankerin istismara verilməsi mərasimində (FOTOLAR)

14:43 / 13.12.2019

Vilayət Eyvazov Novruz Məmmədovun oğluna vəzifə verdi

14:26 / 13.12.2019

Abşerondan iddialı namizəd - Zahir Əzəmət artıq imzatoplama kampaniyasına başlayır

12:32 / 13.12.2019

Yeni başçı Şirvanda problemlə üzləşib... - İDDİA

12:26 / 13.12.2019

ABŞ səfiri: "Senatın qətnaməsi Ağ Ev siyasətini əks etdirmir"

11:52 / 13.12.2019

Baş nazirdən hakimiyyət orqanlarına tapşırıq (SƏRƏNCAM)

11:40 / 13.12.2019

ABŞ Senatı "erməni soyqırımı" haqda qətnaməni qəbul etdi

10:40 / 13.12.2019

Yanvarın 1-dən 50 AZN ödəməlisiz, əks halda 30 AZN cərimə olunacaqsız

10:38 / 13.12.2019

"Bakı Metropoliteni" bu gün yarım saat artıq işləyəcək

16:29 / 12.12.2019

Rusiya XİN-dən Dağlıq Qarabağ açıqlaması

15:32 / 12.12.2019

"“EuroHome" ümumi sığortası 1 milyon manatdan çoxdur"

13:34 / 12.12.2019

Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət etdi (FOTO/YENİLƏNIB)  

13:31 / 12.12.2019

Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə rəsmi münasibət

11:41 / 12.12.2019

İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı "Facebook"da paylaşım edib (FOTO)

10:03 / 12.12.2019

Mehriban Əliyeva: "Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm” (FOTO)

09:59 / 12.12.2019

"Qarabağ" Avroliqada son oyuna çıxır  

09:48 / 12.12.2019

Heydər Əliyevin vəfatından 16 il ötür

09:27 / 12.12.2019

İlham Əliyev Neftçalaya beş milyon manat ayırdı

16:34 / 11.12.2019

83 yaşlı deputat ABŞ-da yaşayırmış

15:02 / 11.12.2019

Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı açıqlama

13:58 / 11.12.2019

İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul etdi

12:48 / 11.12.2019

“EuroHome”da baş verən yanğınla bağlı cinayət işi başlanıldı

11:42 / 11.12.2019

Sabah Bakının bu yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

11:24 / 11.12.2019
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə
Şənbə, 14 Dekabr 2019
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

“Monopoliyalara qarşı mübarizə nəzərdə tutulub”  

10:52 25.10.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“Azərbaycanın 2019-cu il büdcəsində nəzərdə tutulan əsas prioritetlərdən biri sahibkarların vergi yükünü azaltmaqdır”

“Azərbaycanın 2019-cu il büdcəsində nəzərdə tutulan əsas prioritetlərdən biri sahibkarların vergi yükünü azaltmaqdır”.

Büdcə layihəsini Müsavat.com-a şərh edən iş adamı Mürvət Həsənli belə deyib.

Onun sözlərinə görə, gələn ilin büdcə zərfində aylıq qazancı 8 min manata qədər olan vətəndaşlardan gəlir vergisinin tutulmaması və kənd təsərrüfatı müəssisələrinə vergi güzəştlərinin daha 5 il uzadılması orta sahibkarlığın inkişafını təşviq etmək məqsədi daşıyır:

“Məlum olduğu kimi, ayda 8 min manat gəlir Azərbaycan standartları üçün kiçik göstərici deyil. Bir çox orta sahibkarın belə, qazancı bu həddən xeyli aşağıdır. Büdcə zərfində belə bir qaydanın nəzərdə tutulmasının bir məqsədi var: Sahibkarların işgüzarlıq fəaliyyətini təşviq etmək və gəlirlərinin gizlədilməsinin qarşısını almaq. Sirr deyil ki, Azərbaycanda kölgə iqtisadiyyatı rəvacdadır. Bir çox kiçik müəssisələr iri müəssisələrlə rəqabətə tab gətirmək üçün məcburən gəlirlərini gizlədir və vergi ödəməkdən yayınırlar. Bu da istər-istəməz Azərbaycanın real iqtisadi potensialını hesablamağa mane olur. Kölgə iqtisadiyyatı ilə mübarizədə yalnız inzibati metodların tətbiq olunması da effektli deyil. Bu, istər-istəməz sahibkarların fəaliyyətlərini dayandırması ilə nəticələnir. Ötən illərin təcrübəsindən çıxış edən hökumət, görünür, böyük vergi güzəştləri tətbiq etmək qərarına gəlib”.

Bəs, kölgə iqtisadiyyatları qeydə alındıqdan sonra 8 min manata qədər gəlirdən vergi tutulmaması siyasətinə son qoyula bilərmi?

Həmsöhbətimiz bu ehtimalın mümkünlüyünə inanmır. Onun fikrincə, dünyanın bir çox ölkələrində iqtisadiyyatın təməllərini kiçik sahibkarlıq subyektləri təşkil edir: “Hətta Almaniya kimi inkişaf etmiş ölkələrdə belə, kiçik sahibkarlıq iqtisadiyyatın bel sütunu hesab olunur. Bu müəssisələrdə daha çox insanların işləməsi həm işsizlik problemini həll edir, həm də ciddi iqtisadi rəqabət şəraiti yaradır. Nəticədə ölkə inkişaf edir, iqtisadiyyat böyüyür. Dünya təcrübəsində bu məqsədlə iri monopolist şirkətlərin dövlətin təzyiqi ilə bir neçə yerə bölünməsi hallarına rast gəlinir. Bəzən istehsalatçı şirkətlərin təchizatla məşğul olmasına izn verilmir, bəzən xammal istehlakı, son məhsul istehsal edənlərin əlindən alınır. Beləcə, ölkələrin maddi sərvətləri vətəndaşlar arasında mümkün olduğu qədər ədalətli şəkildə bölünür. Hesab edirəm ki, 8 min manata qədər aylıq gəliri olan vətəndaşların gəlir vergisindən azad edilməsi də hökumətin monopoliyalara qarşı mübarizə aparmaq niyyətindən xəbər verir. İnhisarçılığa qarşı mübarizə hər bir dövlətin başlıca siyasətlərindən olduğundan tətbiq edilən bu qaydanın uzunömürlü olacağına inanıram”.

2019-cu il büdcəsində qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrıldığını vurğulayan iş adamı fikrini belə əsaslandırdı: “Büdcə gəlirlərinin mənbələri ilə bağlı proqnozlarda da bu diqqətdən yayınmır. Layihədə 4 gəlir mənbəyi nəzərdə tutulur.

Bunlar belə sadalanır:

Dövlət Neft Fondu – 49.6%,

Vergilər Nazirliyi - 31.9%

Gömrük – 15.1%

Digər qaynaqlar – 3.4%.

Göründüyü kimi, hökumət neftdən gələn gəlirlərin 50 faizdən aşağı olacağına ümid edir. Vergi güzəştləri tətbiq olunmasına baxmayaraq, Vergilər Nazirliyindən əldə edilən vəsait isə hardasa 32 faizdir. Nəzərə alsaq ki, gələn ilin neft qiymətlərində 1/3 dəfə artım proqnozlaşdırılır (ötən ilin büdcə layihəsidə bir barrel neftin qiyməti 45 dollar, bu il isə 60-70 dollar nəzərdə tutulub), bu fakt da Azərbaycan hakimiyyətinin artıq qeyri-neft sektoruna daha çox əhəmiyyət verdiyini göstərir”.

Populyarxəbərlər

İcra başçısı bazar müdirinə “xərac” kəsdi, qiymətlər qalxdı – Beyləqanda

İcra başçısı bazar müdirinə “xərac” kəsdi, qiymətlər qalxdı – Beyləqanda

28.03.2019
Dövlət kül olan “Diqlas”la bağlı hərəkətə keçdi

Dövlət kül olan “Diqlas”la bağlı hərəkətə keçdi

28.03.2019

Sumqayıtdakı partlayışla bağlı rəsmi açıqlama: Rəis ölüb, 3 yaralı var  

28.03.2019

Ağalarovların təşkil etdiyi həmin görüş... -Trampın başı dərddə

10.02.2019

Nazir idarə rəisini vəzifədən azad etdi –Təhsil Nazirliyində yeni təyinat oldu  

11.11.2018

Bakı Nəqliyyat Agentliyi sürücülərə çağırış etdi

12.11.2018

"McDonald's" salatından zəhərlənənlərin sayı 500-ü keçib

24.08.2018
Ali məktəblərdə boş qalan yerlərə qeydiyyat başladı

Ali məktəblərdə boş qalan yerlərə qeydiyyat başladı

24.08.2018

Sərxan xəstəxanaya yerləşdirildi

24.08.2018

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva idman-əyləncə parkının açılışında iştirak edib

24.08.2018

Boş qalan abituriyentlərin qeydiyyatı başlayıb

24.08.2018

Şəmkirdə yol qəzası: 4 yaralı

24.08.2018

Dövlət Gömrük Komitəsindən daxilolmalara gəlincə, iş adamı nəzərdə tutulan 3.451 milyard manatın kifayət qədər yüksək olduğuna inanır: “Bu məbləğ ÜDM-nun 4.2%-i həcmindədir və ötən illə müqayisədə 261.6 manat, yəni 8.6%, 2017-ci illə müqayisədə isə 842.8 milyon manat, yəni 32.3% çoxdur. Gömrük gəlirlərində artımın bir səbəbi Komitədə əvvəlki illərdə rast gəlinən qeyri-qanuni halların qarşısının alınmasıdırsa, digər səbəb isə ölkənin iqtisadi gücünün artması ilə bağlıdır. Məlum olduğu kimi, hər dövlət iqtisadi cəhətdən gücləndikcə, bu, idxal-ixrac münasibətlərinə də öz təsirini göstərir. İxracatın artması idxalatın artımına şərait yaradır və bu, gömrük gəlirlərinin yüksəlməsinə səbəb olur”.

2019-cu il büdcəsində ən çox vəsaitin, hər zaman olduğu kimi, müdafiə, təhsil və səhiyyə sisteminə ayrılmasını yüksək qiymətləndirən Mürvət Həsənlinin fikrincə, hər bir ölkənin inkişafı və davamlılığı məhz bu 3 amildən asılıdır: “”Dədə Qurqud” filmində gözəl bir epizod var. Filmin sonunda Dədə Qorqud yanındakı uşağa deyir: “Bir torpağı qorumayacaqsansa onu əkib-becərməyə, əkib-becərməyəcəksənsə qorumağa dəyməz”. Odur ki, iqtisadi yüksəliş ilk növbədə vətənin qorunmasından keçir. Bu da müdafiə tədbirlərini artırmağı, həmin sahəyə ciddi vəsait ayrılmasını şərtləndirir. Digər tərəfdən torpağın əkib-becərilməsi, indiki təbirlərlə desək, iqtisadi inkişaf insan kapitalından asılıdır. İnsan kapitalının əsasında isə təhsil və sağlamlıq dayanır. Azərbaycan hakimiyyətinin 2019-cu il üçün nəzərdə tutduğu büdcə layihəsində də bu 3 sahə ən çox vəsait ayrılan sektorlar kimi ön plana çıxır. Layihəyə görə, 24 milyard 780 milyon manat həcmində olacağı proqnozlaşdırılan 2019-cu il dövlət büdcəsində müdafiəyə 3.03 milyard, təhsilə 2.27 milyard, səhiyyəyə 1. 04 milyard manat ayrılacaq”.

Nəzərdə tutulan büdcə gəlirləri ilə xərcləri arasında hardasa 2 milyard manat civarında kəsir olduğunu bildirən həmsöhbətimizi bu fərqi neftin qiymətinin dünya bazarındakı rəqsi ilə əlaqələndirib: “Bilirsiniz ki, neftin dünya bazarında qiymətləri sabit deyil. Bir ilin ərzində gah 40 dollara, gah da 80 dollara satılan neftin qiymətindəki bu oynamalar büdcə layihələrinin dəqiq hesablanmasına mane olur. Təsadüfi deyil ki, büdcədə də neftin illik orta qiyməti dəqiq göstərilməyib, 60-70 dollar arasında ifadə edilib. Yəqin, bu qeyri-müəyyənliyi nəzərə alan Azərbaycan hakimiyyəti neftin ən ucuz satılma ehtimalını gəlir, ən optimal qiyməti isə xərclər kimi götürüb. Amma gəlirlə xərclər arasındakı bu böyük fərqi başqa yerlərə çəkmək doğru deyil. Bütün hallarda hakimiyyət gələn il büdcə xərcləmələrində kontur-tsiklik siyasəti tətbiq edəcəyini rəsmən açıqlayıb və bu da israfçılığı azaldacaq”.

Qeyd edək ki, Maliyyə naziri Samir Şərifov da bir neçə ay əvvəl konur-tsiklik siyasətinin tətbiq olunacağını bildirərək demişdi:


"Qanunun (söhbət “2019-ci il dövlət büdcəsi haqqında” qanun lahiyəsindən gedir – Müsavat) tətbiqi zamanı xərclərin yuxarı həddində uzun və orta müddətli limitlər tətbiq olunur. Digər tərəfdən, bizim üçün vacib olan meyar gəlirlərin dəyişkənliyidir. Bunun üçün qanunun tətbiqi ilə gəlirlərin dəyişkənliyindən qoruyucu mexanizmlər işə salınır. Bu o deməkdir ki, bizim büdcə siyasətimiz kontur-tsiklik olmalıdır. Yəni bizim gəlirlərimiz artanda, o artımın hamısını xərcləməməliyik. Gəlirlərimiz azalanda isə bizim sərəncamımızda kifayət qədər ehtiyat olmalıdır ki, kontur-tsiklik siyasəti həyata keçirə bilək".

MilliYol.Az


Etiket: Monopoliya 2019 büdcə

Şərh yazın.


Digər xəbərlər

İlham Əliyev Dövlət Komissiyasının tərkibini dəyişdi

İlham Əliyev Dövlət Komissiyasının tərkibini dəyişdi

13.12.2019
BNA əməkdaşları böyük tıxaca səbəb oldu: İnsanların həyatı təhlükəyə atıldı (FOTO)

BNA əməkdaşları böyük tıxaca səbəb oldu: İnsanların həyatı təhlükəyə atıldı (FOTO)

14.12.2019
Məhərrəm Əliyev yeni vəzifəsində ilk dəfə... (FOTOLAR)

Məhərrəm Əliyev yeni vəzifəsində ilk dəfə... (FOTOLAR)

14.12.2019
Xaçmazda yol tikintisinə 15,4 milyon manat ayrıldı

Xaçmazda yol tikintisinə 15,4 milyon manat ayrıldı

13.12.2019
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edildi (RƏSMİ)

Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edildi (RƏSMİ)

14.12.2019
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
İlham Əliyev Dövlət Komissiyasının tərkibini dəyişdi

İlham Əliyev Dövlət Komissiyasının tərkibini dəyişdi

13.12.2019
BNA əməkdaşları böyük tıxaca səbəb oldu: İnsanların həyatı təhlükəyə atıldı (FOTO)

BNA əməkdaşları böyük tıxaca səbəb oldu: İnsanların həyatı təhlükəyə atıldı (FOTO)

14.12.2019
Məhərrəm Əliyev yeni vəzifəsində ilk dəfə... (FOTOLAR)

Məhərrəm Əliyev yeni vəzifəsində ilk dəfə... (FOTOLAR)

14.12.2019
Yeni Ombudsmandan Baş prokurora müraciət

Yeni Ombudsmandan Baş prokurora müraciət

10.12.2019
Ağ Siçan ili kimlərə düşərli olacaq?

Ağ Siçan ili kimlərə düşərli olacaq?

08.12.2019
83 yaşlı deputat ABŞ-da yaşayırmış

83 yaşlı deputat ABŞ-da yaşayırmış

11.12.2019
Prezident daha bir məmuru işdən çıxardı (SƏRƏNCAM)

Prezident daha bir məmuru işdən çıxardı (SƏRƏNCAM)

03.12.2019
Kərəm Həsənovun yeni xəyalı... – Vəzifəsiz qalan komitə sədri haradadır?

Kərəm Həsənovun yeni xəyalı... – Vəzifəsiz qalan komitə sədri haradadır?

26.11.2019
Pensiya və maaşlar artacaq - BU TARİXDƏN

Pensiya və maaşlar artacaq - BU TARİXDƏN

04.12.2019
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az