Əbdürrəhman əl-Rəşid
“Əş-Şərq əl-Əvsət”
Camal Xaşuqcinin qətli ilə bağlı böhran yaranandan bəri İran mətbu orqanları, milyonların baxdığı dövlət televiziyası bu hadisəni gündəlik mövzuya çevirsə də, rəsmi şərh və mövqe açıqlanmayıb.
Tehran şərh vermək yerinə, gözləməyi üstün tutub və iranlıların Səudiyyə Ərəbistanına qarşı mövqeyi, türklər kimi, düşmən mövqedir, lakin onlar qapını sonadək bağlamayıblar.
Səudiyyə Ərəbistanının rüsvay olması İrana fayda verirmi?
Əlbəttə. Xüsusilə İrana qarşı təhlükəli sanksiyalara dair qərarların qüvvəyə minəcəyi, neft satışının boykotuna və dollardan istifadə ilə bank əməliyyatlarının qadağan edilməsinə iki həftədən də az müddət qaldığı zaman.
Tehran üçün bu böhran və Səudiyyə Ərəbistanı üzərinə Türkiyənin hücumu – ilahi sövqatdır və onlar Allaha dua edirlər ki, üç istəklərindən heç olmasa biri həyata keçsin.
Birincisi, Vaşinqtonun İranın mühasirəsini dayandırması. Müharibəni idarə etmənin və bugünkü gərgin vəziyyətdə uğur qazanmanın çətinliyini nəzərə alaraq.
Alternativ istək – Riyadın Tramp administrasiyasının İranla qarşı-qarşıya qalma layihəsinin dəstəkləməkdən vaz keçməsidir.
Üçüncü arzu – regional güclərin balansını dəyişdirmək və Səudiyyə cəbhəsini zəiflətməkdir. Buna görə də, hətta İranın mühasirəyə alınması davam edərsə, o, İraq, Suriya, Livan və Yəməndə regional hökmranlıq layihəsini bərpa edə bilər və nəticədə, amerikalılar Xamnəi rejimi ilə danışıqlara vadar olacaq.
Ər-Riyad üçün ABŞ-la münasibətlər zəifliklər və ya mübahisələrdən (11 sentyabr 2001-ci il hücumu, Səudiyyənin İraqda Amerika işğalı ilə əməkdaşlıq etməkdən imtina etməsi və bunun sayəsində İranın böyük fürsət qazanması) asılı olmayaraq, stratejidir.
Stəkanda fırtına
Səudiyyə Ərəbistanında artıq baş verənlər stəkanda fırtınadır, çünki iki ölkənin maraqları yazılan və TV-də yayımlananlardan daha böyükdür.
İranlılar Səudiyyə Ərəbistanının çox pis bir küncə dirəndiyini düşünürlər. Onlar böhranla mübarizə məsələsində yüksək bacarığa sahibdir və eyni zamanda, bu böhrandan uğur əldə etmək istəyirlər. Amma türklərdən fərqli bir yolun ağın çıxıblar: ya Vaşinqtona, ya da Riyada yaxınlaşmaq.
Riyadın İrana qucaq açması şansı varmı?
Daha əvvəl dediyim kimi, Vaşinqtonla münasibət stratejidir, amma İrana sülhməramlı qonşu kimi sıfır güvən var. Ancaq manevr imkanı qalır, yüksək maraqların üzərindən keçmədən onlar həmişə mövcuddur.
Tehranın səudilərlə əlaqəni düzəltmək arzusu ola bilər. Həm də Xaşuqci böhranı ilə heç bir əlaqəsi olmadan. Çünki Suriyanı qazanmaq istədiyi anda İraqı itirmək təhdidinə məruz qaldığını anlayıb və son seçkilər buna sübutdur.
Sərtlik və xərclərə baxmayaraq, Yəməndə baş verən müharibə Tehrana Qəzzada “HƏMAS” və ya Cənubi Livanda “Hizbullah”dan əldə etdiyini verməyib.
İranlılar Yəməndə həll istəyirlərsə, bəlkə də hazırda ən münasib vaxtdır. Onların husi müttəfiqləri Yəməndə sözügedən həll layihəsi çərçivəsində bir sıra tərəfdaşlıq güzəştləri ala bilərlər.
Adətən, siyasətdə böhranlar həm də imkanlar yaradır. Məngənəyə salınmış İran bunu bilir və Səddamın Küveyti işğal etməsindən çox faydalanıb – Səudiyyə Ərəbistanına yaxınlaşaraq. İndi də Səudiyyə Ərəbistanının qarşılaşdığı çətinlik müvəqqəti və müddəti məhdud problemdir.
MilliYol.Az