Ruslan Xubiyev
regnum.ru, 22.10.2018
BVF-nin geopolitikada gerçək rolu hansıdır? Beynəlxalq təşkilatlar başqa dövlətlərin daxili işlərinə necə qarışa bilir? Maliyyə strukturları yad bir ölkədə manipulyasiyalar etməyə necə nail olur? Bu sualların hamısının tam konkret cavabları var…
Beynəlxalq Valyuta Fondunun kimin maraqlarını qoruduğunu anlamaq üçün bilmək yetər ki, mülkiyyət payına (maliyyələşdirmə həcmi) əsasən, BVF praktik olaraq tamamilə Amerikaya məxsusdur. Beynəlxalq Valyuta Fondunun daxili strukturu yalnız demokratik örtüklə gizlədilir. Əslində isə, strukturdа bütün səslərin çəkisi əsla eyni deyil. Təşkilatın ayrıca hər bir üzvünün rolu illik üzvlük haqqının ölçüsüylə müəyyən, uyğun olaraq səsin payı illik keçirilən vəsait payıyla müəyəyn olunur. Başqa sözlə, BVF-də ABŞ-ın səsi ən ağırçəkilidir, məhz bunun sayəsində onun qərarlarını müəyyən edir.
Bununla yanaşı, Çin hətta gələcəkdə yatırıma görə Amerikanı geridə qoyarsa, bu, heç də bildirməyəcək ki, fondun qərarlarını məhz o, idarə etməyə başlayacaq. Niyə? Çünki ABŞ-ın təkcə dollara deyil, BVF-a bağlı maliyyə mexanizmləri üzərində də nəzarəti var.
Söhbət “Böyük Üçlük” deyiləndən gedir. Üçlük – “iqtisadi qatildir”. Avropa mərkəzi bankı (AMB), Avropa birliyi və Beynəlxalq valyuta fondunu təmsil edən ekspertlər qrupudur. Özü də onları yalnız formal təmsil edənlərdir. Həqiqətdə onlar Amerika elitalarının maliyyə maraqlarına tabe olurlar, vəzifələri isə kredit alan dövlətin kreditorların şərtlərini nə qədər dəqiq yerinə yetirdiyinə nəzarətdir.
Faktiki olaraq, bu, belə görünür. Tutaq ki, hansısa yoxsul bir ölkədə 100 milyon dollar dəyərində binalar kompleksi salmaq gərəkdir. Bu ölkənin özünün 50 milyonu var. O, çatışmayan vəsait həcmində maliyyə yardımı üçün banka müraciət edir. Lakin inşaatın aparıldığı şəhərin meri yetərincə ziləf adamdır, o, podratçıların rəhbərlərini toplayır və deyir: “Gəlin, smetanı dəyişək və yazaq ki, inşaat 150 milyona başa gələcək, artıq 50 milyonu isə öz aramızda bölək”. Sonra yuxarı qurumlara gedir və “vicdanla” məlumat verir ki, təəssüf ki, inşaat əvvəllər güman etdikləri kimi, heç də 100 deyil, 150 milyon dollara başa gələcək. Hamı razılaşır, çünki mütəxəssis deyillər və inşaat şirkəti onun sözlərini təsdiqləyir.
Sevinən mer yerli strukturun bankına gedir. Amma o, belə işlərdən çoxdan xəbərdardır, hökumətlə problem istəmir və birbaşa bildirir ki, korrupsiyalaşmış məmurlarla işləməyəcək. Mer məğlubiyyətin səbəblərini aça bilməz, buna görə də tələsik başqa banka, sonra o birinə gedir. Amma hər yerdə imtina edirlər. Onda BFV-ə üz tutur. Valyuta fondu əlüstü razılaşır, amma bu zaman deyir: “Tamamilə önəmsiz şərtlər var, şəhərə bir neçə adam göndərəcəyik və sizə şərtləri daha ayrıntılı təsvir edəcəklər”.
“İqtisadi qatillər” – adıbəlli “Üçlüyün” işçiləri gəlir, göz gəzdirir və deyirlər:
“Hörmətli mer və inşaat şirkətinin başçısı, sevinc içində sizə məlumat veririk ki, yardım edə bilərik. Sizdən tələb olunan yeganə şey dövlətin təsərrüfat yerlərini meriyanın mülkiyyətindən şəxsi əllərə, habelə şəbəkə ticarəti üçün bizə bir neçə yer verməkdir. Çoxlu mağaza – adamlar üçün daha yaxşıdır. Amerikanın bir transmilli şirkətinin bu irriqasiya pay torpaqlarına lap ehtiyacı var. Bundan savayı, gördük ki, şəhərinizdə ancaq yerli dövlət bankları var. İcazə verin, qonşuluqda YP Morgan-ın filialını açaq, bundan sonra kredit məsələsi həll olunacaq”.
“Hə, daha bir şey, – onlar deyirlər, – Lütfən, bunları almaq üçün bizə təklif yazın ki, dünya ictimaiyyətinin qabağında işğalçı kimi görünməyək”.
Korrupsiyalaşmış mer bütün şərtlərə razılaşır və onun ərazisində bu iki məkan açılır. Bütün dünya üzrə JPMorgan-da 250 mindən çox əməkdaş çalışır, bu bankın kapitallaşması yüz milyardlarla dollarla hesablanır. Əlbəttə, yeni şəhərə gəlməklə ziyanla işləyərək bütün xidmətlərin dəyərini süni şəkildə endirməyə başlayır, bunun sayəsində artıq bir neçə aydan sonra yerli bankların hamısı müflisə çevrilir.
İndi şəhərin maliyyə sistemi ABŞ-ın əlindədir. Təsərrüfat yerlərinə GEMO bitkilər əkilir, bunun patenti ancaq Amerikada var. Şəbəkə mağazaları aşağı qiymətə mallarla alverə başlayır və yerli fermerləri, natural ərzaqları tezliklə bazardan sıxışdırır. Şəhərin aqrarları var-yoxdan çıxır, mağazalar yerlərini itirir, Amerika konserni indi qidaya nəzarət edir və onun qiymətlərini qaldıra bilər. Bu, bank xidmətlərinə də aiddir.
Bütün bunlar uydurma əhvalat deyil. Bu, BFV və “Üçlüyün” əliylə Afrikada dəfələrlə dönüşdürülüb, indi isə Ukraynada baş verir. Əvvəllər özünü ərzaqla müstəqil təmin edən Afrika AMB-nin, AB-nin maliyyə strukturlarının və Beynəlxalq valyuta fondunun gəlişindən sonra tam şəkildə Amerika və Avropa ərzaqlarının idxalından asılıdır. Amma bunları almaq gücündə deyil, çünki Qərbin bank və konsernləri bütün yataqları, resursları və iş yerlərini çoxdan mənimsəyib. Aclığı Afrikanın “diktator rejimlərinin böhranı” deyil, məhz bu doğurur. Ukraynanın da taleyi beləcə olacaq, çünki növbəti hər bir maliyyə iynəsinin kriteriyalarında oxşar şərtlər sadalanır.
“Müstəqil” beynəlxalq institutların iş ssenarisi belədir, amma onlar rəsmən “iqtisadi yardım proqramları” adlanır. Durumun kinayəsi bundan ibarətdir ki, bu “müstəqil” fondların yardımı uzunmüddətli perspektivdə hələ heç kimə və heç vaxt yardım olmayıb.
Bütün bunları Rusiyada artıq 90-cı illərdə həyata keçirməyə çalışıblar. O zaman iqtisadi fəlakət və asılı siyasətçilər kredit mexanizmləri üçün ideal mühit idi. Gərək ki, 2000-ci illərin başlanğıcında Vladimir Putinin buna görə gördüyü birinci iş dövlətin bütün borclarını ödəmək olub. Gərək ki, Qərb hər şeyi edirdi ki, Rusiyanı bu ideyadan imtinaya vadar etsin. Qəribə görünür ki, kreditor ona qaytarılan vəsaitləri almaqdan var gücüylə imtina edib, amma o anda məhz bu da baş verirdi. Bilənlər çox gözəl anlayırdılar ki, bu qayda ilə maliyyə yüyəni Rusiyadan açılır, amma təbliğatın təsiri altında, QHT-lərin və “liberal” mətbuatın və Amerika səfirliyində “yaşayan” deputatların sözüylə küçələrə çıxan adamlar yalan şüarı sevinclə bəyənirdilər: “Pulları ölkəyə gərəkən nəyəsə buraxmaq”.
Ümumi mənzərənin gizlədilməsi, KİV-lərə nəzarət və iqtisadi mexanizmlər Amerika hegemoniyasının təməlidir. Onlar bizim ölkəmizdə isə qıraqdan “yumşaq” nəzarətdən məhrum olmağı heç istəməzdilər.
Rusiyaya on beş il lazım gəldi ki, “Böyük Üçlüyün” sırıdığı asılılıqdan böyük çətinliklə çıxsın və hətta heç də hər şeyin yerinə yetirilmədiyinə baxmayaraq, bu, dövləti suveren inkişaf yoluna çıxartmağa bəs edib. Bu addım olmasaydı, Rusiya özünün energetika sahəsi, elmi, ordusu və bir çox başqa şeylərdən çoxdan məhrum olardı. Axı ölkəmiz 2000-ci illərin əvvəlində sözügedən nümunə çərçivəsində özünün bütün aktivlərini başqa dövlətlərin əlinə verməyin bir addımlığındaydı. YUKOS və Xodorkovskinin işi ABŞ-ın maliyyə strukturları vasitəsilə işinə parlaq örnəkdir. Rusiyanın neft-qaz resurslarının çox önəmli qismini öz aktivinə toplamaq, sonra isə hamısını vasitəçi konsernlərə satmaq YUKOS-a tapşırılmışdı. Əslində, Xodorkovski ayrıca korporasiyanı deyil, Rusiyanın neft sahəsinin üçdə birini satıb. Neft ixracatı və qarışıq sahələrin daxili vergiqoyma gəlirləri o illərdə dövlət büdcəsinin 40%-ə qədərini formalşadırırdı.
Beləliklə, Rusiyanın YUKOS-un pərdəsi altına yığılan aktivləri ölkə büdcəsinin 15%-i təmin edirdi. Bu, hələ səhiyyə və adamların sosial həyatı kimi yönləri demirik, müdafiə xərclərilə tutuşdurula bilər. Başqa sözlə, ABŞ öz adamlarının əliylə Rusiyanı, sadəcə, soymurdu, həm də ölkə üzərində böyük hakimiyyət verən alətləri əlinə keçirirdi. Bunu lap son saniyədə önləmək mümkün oldu. Eyni hal Saxalində neft və qaz hasilatına aid müqavilələrə də aiddir – hələ “məhsulun bölüşdürülməsi” haqda qanunun ifrat həyasızlığını demirik. “Məhsulun bölüşdürülməsi” haqda qanunun Rusiyanın 264 ən böyük yatağını əcnəbi firmaların mülkiyyətinə verdiyinə baxmayaraq, Amerikanın vasitəçi oliqarxlarının satın aldığı Rusiya parlamenti bu normanı 1992-də qəbul edib. Bununla yanaşı, xarici korporasiyaların fəaliyyətinə qətiyyən heç bir vergi qoyulmayıb.
Başqa sözlə, Britaniya, AB və ABŞ firmaları dövlətin yeraltı sərvətlərini sadəcə “müddətsiz icarə”yə götürmür, həm də bu oğurluqdan Rusiya büdcəsinə bir qəpik də ödəmirdi. Rusiyanın yeni prezidenti Vladimir Putin yalnız 2002-2004-cü illərdə düzəlişlər yoluyla bu sazişi ləğv etməyə nail olub. “İqtisadiyyat qatilləri” belə işləyirlər və biz bunu öz ölkəmizdə büsbütün görmüşük.
İstehzalıdır ki, bu cür yanaşmada Rusiyada rifahın artımını həmişə neftin artan qiymətlərindən doğan neft-qaz gəlirlərinə bağlamağa çalışırlar. İnadla görkəm alırlar ki, sadə həqiqəti anlamırlar: Vladimir Putin Rusiyanın yeraltı sərvətlərini milliləşdirməsəydi və Qərb şirkətlərinin əlindən almasaydı, enerji daşıyıcılarının artan qiyməti ölkə büdcəsindən yan keçərdi. Rusiya Qərbə verilmiş yataqlardan ilk gəliri “məhsulun bölüşdürülməsi” haqda qanuna görə yalnız 30 ildən sonra əldə edə bilərdi. Yəni hazırda 2018-ci il olduğu halda 2022-ci ildə…
Tərcümə Strateq.az-ındır.
MilliYol.Az