Ukrayna, Gürcüstan və hətta Belorus Rusiya neoimperializminə qarşı etibarlı qaladır
Bu barədə dövdət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçell oktyabrın 19-da «Azadlığın hüdudlarının qorunması. Sarı zonanın aradan qaldırılması» tədbirində bəyan edib.
Ukrayna və Gürcüstana yönəlik heç kimin həm elita vektoru üzrə, həm də Amerika Birləşmitş Ştatlarının (ABŞ) niyyətləri barədə şübhəsi olmasa da, Belorus bu siyahının yeni üzvüdür.
ABŞ-n Mərkəzi və Şərqi Avropaya yönəlik strategiyasının əsas istiqamətlərinin açıq-aşkar əks olunduğu bu bəyanatı Belarusun «BelaPAN» informasiya agentliyi dərc edib.
«Bu gün Ukrayna, Gürcüstan və hətta Belorus kimi sərhədyanı dövlətlərin milli suverenliyi və ərazi bütövlüyü həmin etibarlı qaladır ki, Rusiya neoimperializmindən qoruyr» - Mitçell bəyan edib.
O, gizlətmədən bəyan edib ki, ABŞ bölgədə öz təsiri üçün diplomatik və iqtisadi üsullarla mübarizə aparacaq. Mitçell qeyd edib ki, ABŞ-n rəqibləri özünün siyasi, iqtisadi və hərbi təsirini Mərkəzi və Şərqi Avropada artırırlar.
Nə qədər təəccüblü olsa da, ABŞ Rsiyadan başqa bölgədə Çini də öz rəqibi hesab edir. Dövlət Departamentində Çinin Mrkəzi və Şərqi Avropadakı siyasətini «börc kitabı diplomatiyası» adlandırırlar. Mitçell vurğulayıb ki, Pekin məhz bu taktikadan digər ölkələri güzştlərə getməyə məcbur etmək məqsədilə yararlanır.
Qərb dövlətləri, o cümlədən, ABŞ gizlətmədən, açıq mətnlə bayan edirlər ki, onlar Mərkəzi və Şərqi Avropada öz mövqelərini möhkəmlətməli və bölgədəki ölkələrə «öz müstəqilliyi uğunda mübarizədə» dəstək verməlidtirlər.
Vaşinqton nümayəndəsi ABŞ strategiyasının prinsiplərini də gizlətmir: onlar dörddür.
Beləliklə, ABŞ diplomatiya və iqtisadiyyat üzərindən özünün «pozitiv təsiri»ni genişləndirməyi planlayır.
Bu zaman Birləşmiş Ştatlar gözləyir ki, kömək alan ölkələr ABŞ-n rəqiblərini dəstəkləməyəcəklər. Aydındır ki, burada söhbət Belorus-Rusiya münasibətlrindən gedir.
Digər istiqamətlər isə «NATO-ya dəstək» və «Şimal axını -2» layihəsinə qarşı mübarizə məsələləridir.
MilliYol.Az