İrina Corbenadze
rosbalt.ru, 17.10.2018
ABŞ prezidentinin milli təhlükləsizlik üzrə müşaviri Azərbaycan, Ermənistan və Gürcüstanı nə ilə hədələyəcək və Moskvadan nə qoparmağa başlayacaq? Bolton buna qədər Ukraynada təkcə ölkə rəhbərliyi ilə təmasda olmamaqla nəsə “axtarıb”.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton cari ayın 20-ə Rusiyaya və Cənubi Qafqaz dövlətlərinə səfər elan edib. O öz Tvitterində dörd ölkənin hamısının rəhbərlərilə danışıqların mövzuları haqda yazıb, müsahibədə isə Çinin “davranış”ını dəyərləndirib və ABŞ-ın İrana qarşı sanksiyalarından yan keçməyə çalışanların hamısını hədələyib. Bir sözlə, ən “acgöz” Amerika “qırğısı” kimi tanınan Bolton özünün şərq turnesinin astanasında vurğuları sərt şəkildə qoyub. Amma səfərinə dair ayrıntıları açıqlamayıb. Bu arada, “şeytan” məhz bunda gizlənir.
Boltonun şəxsiyyətini iblisləşdirməyə başlamayacağıq – bunu özü edir. İranla nüvə sazişini pozmağn qatı tərəfdarı, bu ölkəyə “bomba zərbəsi”ni ən uyğun variant sayan adam, elə onun məlumatına görə, Rusiya və Cənubi Qafqaza “Amerika maraqlarının yeridilməsi və təhlükəsizlik məsələlərinin geniş çevrəsini müzakirə” üçün gedir. Və deməli, ən azı, İran, Türkiyə və Suriyaya münasibətdə mövqeləri sərtləşdirmək qəsdilə. Xatırladaq ki, ilk iki ölkə Rusiya ilə birgə Suriya tənzimlənməsində əsas zamin kimi çıxış edir.
Rusiyanı bu ölkələrlə əməkdaşlıq düşüncəsindən daşındırmaq baş tutmayacaq, amma, bax, Vaşiqntonun Tehranla son dərəcə gərgin münasibətlərindən aralanmağa çalışan Tiflis, İrəvan və Bakını güclü şəkildə sıxmaq olar. İndiki anda Cənubi Qafqaz dövlətlərinin İranla “loyal” münasibətləri və əməkaşlığına görə sanksiyalar tətbiq olunmayıb. Amma məlum olduğu kimi, Vaşinqton itaətsizliyə dözmür, buna görə də Tiflis, Bakı və İrəvanda pərdəli olsa da, təhdidli ritorikanı istisna etmək olmaz. Əslində, ABŞ-ın Ermənistan səfiri artıq “yumşaq qarmaq” atıb – yerli biznesə İİR-lə əməkdaşlıq mövzusunda Amerika səfirliy ilə “məsləhətləşməyi” tövsiyə edib. Amma, görünür, ermənilər hələlik bunu dənləməyiblər. Belə ki, Bolton təsadüfən ağzından qaçırmayıb ki, ABŞ-ın İrana qarşı aldığı tədbirlərə məhəl qoymayan ölkələrin Amerika sanksiyalarının onlara toxunmayacağı illüziyası olmamalıdır.
Bəs Ermənistan nə etməlidir – onun üçün blokada yaşayışını güclü yumşaldan qonşu İranla aranı vursun? Bundan başqa, tərəfləri güclü ticari-işgüzar münasibətlər bağlayır. Bəs İrəvanın Tehranın dəstəyinə bel bağladığı Qarabağ necə olsun? Yaxud böyük sayda etnik azərbaycanlıların yaşadıqları İranla Azərbycanın arası dəysin? Və ümumiyyətlə, iki qonşu ölkə arasındakı münasibətlər, nəhayət, sabit və işgüzar xarakter almağa başlayıb – o cümlədən, geopolitika kontekstində. Üstəgəl, Azərbaycan və İran Rusiya ilə birlikdə yükün Hindistan və Fars körfəzi ölkələrindən RF və Şimali Avropaya tez və nisbətən ucuz tədarük oluna biləcəyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inşası layihəsinin gerçəkləşdirilməsilə məşğuldur.
İranı Gürcüstanla daha zəif bağlar bağlayır, amma amerikalıların NATO-yua girmək üçün Tiflisə yardım vədinə, ordu qurulmasında yardıma və s.-ə baxmayaraq, xüsusən də Yaxın Şərqə bitişik Cənubi Qafqaz kimi həssas bölgədə siyasi əxlaq məsələsinə məhəl qoymamağına da dəyməz. Amma ABŞ İranı qorxutmaq və ya onunla müharibə qəsdilə öz gəmilərini Qara dənizə yeritmək üçün Gürcüstanla əməkdaşlıqdan istifadəyə çalışsa, necə?
Bundan başqa, istisna deyil ki, Bolton Azərbaycanın Türkiyə ilə qarşılıqlı münasibətləri məsələsini qaldıracaq, bu isə həm Tiflisə, həm də Bakıya çox ciddi zərbə olacaq: faktiki olaraq söhbət indi bu iki ölkənin Ankara ilə strateji, müttəfiqlik, əmtəə-pul və energetik münasibətlərindən gedir. Bunların kəsilməsi təkcə bir şeyi ifadə edə bilər: bütünlükdə Cənubi Qafqazda fəaliyyətin bütün sahələrinin iflası. Və Ermənistan Bakı və Tiflisin Ankaradan uzaqlaşmasından müəyyən həzz alarsa da, onda bu, Boltonun ermənilərin Rusiya mütəxəssislərilə Suriyada humanitar əməliyyata qatılmaqdan imtinasına, demək olar, hökmən israr edəcəyi ilə korlanacaq. Bolton Ermənistanı bu addımdan daşındıra bilsə, Moskva əməlli-başlı qəzəblənəcək – onsuz da İrəvanın Rusiya-Ermənistan müttəfiqlik münasibətlərini təhlükəyə atan həm daxili, həm də xarici siyasətdəki qeyri-ardıcıl və fitnəkar davranışından narazıdır.
O biri yandan, Bolton başqa taktika seçə və Vaşinqtonun Türkiyə və Suriyadakı mövqelərinin zəiflədiyi şəraitdə Rusiya ilə böyük geopolitik oyunda bölgə dövlətlərindən istifadə mövzusu zəminində Cənubi Qafqaz səfərinə yoxlama xarakteri verərək ona “zərif örtük” çəkə bilər. Ermənistan bu planda ABŞ üçün ən “perspektivli” ölkə çıxa bilər – KTMT və Avrasiya İqtisadi Birliyinin bölgədə yeganə, amma, az qala, ən etibarsız, buna görə də amerikalılar üçün müəyyən maraq ifadə edən üzvü. Amma, bax, Azərbaycan ən qəliz və yolagəlməz görünür – birinci növbədə, ehtiyacsızlığı, özünü qorumaq və istəniən beynəlxalq meydanda öz milli maraqlarını müdafiə etmək bacarığı üzündən.
İkincisi, şayiələr dolaşır ki, Bakı KTMT və AİB-lə “düzəlişə” bilər ki, Vaşinqton buna heç cür yol verə bilməz.
Üçüncüsü, Azərbaycan həm Rusiya, həm də İranla qonşuluq edir, amma, budur, onu İİR və RF-yə qarşı əməliyyat meydanına çevirmək elə belə də baş tutmayıb. Eynilə Amerika hərbçiləri üçün tapdanmış həyət olmadığı kimi. Ola bilsin, amerikalılarda hələ də ümid qalır ki, Qazaxıstan yüklərin Əfqanıstana tranziti üçün Xəzərdə öz limanlarını onlara təqdim edəndən sonra “təhlükəsizlik” və “humanitar sahə”nin bir qədər özgə yoluyla Azərbaycanla da işi nizama salmaq olar? Orada isə, bir də gördün, onun karbohidrogen sərvətinin və “insan haqlarının boğulması”nın üstünə cumar – axı amerikalılar məhz bu “hüquqlar”ın müdafiəsindən sonra təkcə bir ölkəni altına yığmayıb – özü də əvvəlcədən talan etməklə.
Qeyd edək ki, Bolton özünü hər yerdən çox Gürcüstanda daha inamlı hiss edəcək – iki ölkə arasındakı münasibətlər strateji kimi göstərilib və sual doğurmur. Təkcə Rusiyada. Kiçik və yoxsul ölkə böyük və varlı ölkəyə tabe olur və nöqtə. Boltonun Tiflisə hazırlaşdığı məlum olanda Gürcüstan xarici işlər naziri David Zalkaliani bildirib ki, bu səfər iki ölkə arasında müxtəlif sahələrdə – müdafiə, təhlükəsizlik, iqtisadiyyatda strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, tərəflər bölgənin üzbəüz olduğu çağırışları və ABŞ-ın uyğun proseslərə böyük cəlbini müzakirə edəcəklər.
Nazirin fikrincə, Boltonun səfəri təsdiq edir ki, Gürcüstan və bütünlükdə Cənubi Qafqazın təhlükəsizlik məsələləri ABŞ administrasiyasının gündəliyində mühüm yer tutur. Və ümumiyyətlə, Gürcüstan-Amerika tərəfdaşlığı “görünməmiş dərəcədə yüksək səviyyədədir”.
Düzdür, burada Boltonun özünün nə yazdığını yada salmağına dəyər – “ABŞ maraqlarının yeridilməsi” haqda. Lakin Amerika maraqları Gürcüstanın özününkünə paz olsa, Gürcüstan necə olacaq? Beləsi isə tamamilə mümkündür – “Rusiya amili” kontekstində təhlükəsizlik sahəsi daxil olmaqla. Ümumiyyətlə, Boltonun Tiflis səfərinin nəyə dönüşəcəyi hələ məlum deyil: “strateji tərəfdaş”ın maraqları ilə bölgə qonşuları arasında əzablı seçiməmi? Məsələn, Gürcüstanın güclü asılı olduğu Türkiyə və Azərbaycanın “mərhəməti”. “Rusiyanın maraqları”nı isə buraxırıq, bu kələf möhkəm dolaşıb.
Amma Bolton Rusiyaya da səfər edəcək və buradan – hansı məqsədlə – baş çıxartmaq daha asandır. O, müsahibələrinin birində məlumat verib ki, Moskva və Vaşinqton arasında dialoqun davamına ümid bəsləyir. Yada salaq ki, Rusiya və ABŞ prezidentləri yayda Helsinkidə görüşüblər. Bundan savayı, Moskva səfəri ərəfəsində artıq məlumdur ki, Amerika müşavirinin “vizavisi” Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və ola bilsin, XİN başçısı Sergey Lavrov olacaq. Bolton “yüngülcə malalayıb”: boynuna alıb ki, Vaşinqtonda daha Rusiyanın ABŞ seçkilərinə qarışmaq cəhdi görmürlər. Bununla belə, qeyd edib ki, tərəflər arasında “probem və fikir ayrılıqları” yetərincədir. Yəni ikitərəfli münasibətlərdə irəliləyiş əldə edilməsi meydanı daha genişdir.
Bir sözlə, güman ki, Bolton Moskvaya daha çox Tramp və Putinin yeni görüşünə hazırlıq və prezidentlərin görüşünün nəticələrinin çox asılı olduğu cari məsələlərin həlli üçün gedir. Bu isə Suriya, İran, Cənubi Qafqaz kölgəli Türkiyə, ola bilsin, Ukrayna, silahlanmaya nəzarət sahəsində Rusiya-Amerika anlaşmaları üzrə sövdələşmədir.
Lakin yenə də əsas məqam – Suriyadır. Çox ehtimal ki, Bolton yalan siyasi qınaq və axmaqlıqları (bu isə artıq Rusiya-Amerika münasibətlərində yetərindən artıq olub) bir tərəfə qoyub Rusiyanı Suriya hərbçilərini istənilən hava hücumundan kompleks müdafiədən imtina etməyi “xahiş edəcək”. Sual – nəyin əvəzinə? Ola bilsin, sanksiyaların qismən götürülməsi və Rusiya ilə münasibətlərdə artıq ABŞ-ın özünə ziyan gətirən ədanın dəyişilməsinə. Habelə istisna deyil ki, Vaşinqton və Pekin arasında münasibətlərin pisləşməsi də səfərin tematikasında əks olunacaq və Moskvadan bu məsələdə, heç olmasa, “ölçü-biçili mövqe” istəniləcək.
Deyəsən, ABŞ istənilən halda özü üçün müharibə ərazisni “daraltmaq”, ya da qismən başqa yönə keçirmək istəyir. Boltonun şərq turnesinin görünən “cücərtiələri” tezliklə olmayacaq: Moskvadan sonra İran və Türkiyə ilə həmsərhəd olan və ABŞ üçün konkret geopolitik marağa malik Cənubi Qafqaz respublikalarına yollanacaq. Çox şey onları nələrə razı salıb-salmamaqdan asılı olacaq.
Tərcümə Strateq.az-ındır.
MilliYol.Az