ABŞ-ın populyar “The New York Times” (NYT) qəzeti Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının İstanbulda vəhşicəsinə qətl edilməsində şahzadə Salmanın əli olduğu barədə dəlillər əldə etdyini yazıb
“The New York Times” bununla bağlı həm ABŞ, həm də Avropanın xüsusi xidmət orqanlarının çalışdığını qeyd edib.
Xəbərdə amerikalı kəşfiyyat analitiklərinin hələ ki şahzadə Məhəmməd bin Salmanı ittiham etməyə tələsmədikləri, lakin bunun üçün ikinci dərəcəli sübutların artıq mövcud olduğu göstərilib.
“NYT” yazısında şahzadə Məhəmmədin Səudiyyə Ərəbistanının kəşfiyyat strukturları üzərində tam hakim olduğunu, bu səbəbdən belə bir cinayətin ondan xəbərsiz törədilə bilməyəcəyi qənaətinin ABŞ rəsmilərində formalaşdığı qeyd olunub.
Kəşfiyyat strukturlarındakı qaynaqların sızdırdığı məlumata görə, bununla bağlı Donald Trampa xüsusi məruzə hazırlanıb təqdim olunacaq.
Bundan başqa, qəzet Maykl Pompeonun Qaşıqçı cinayətinə görə Səudiyyə Ərəbistanına etdiyi səfərin Dövlət Departamentində xoş qarşılanmadığı, bəzi rəsmilərin isə bunu “fəlakət “olaraq dəyərləndiriyini yazıb.
Qəzetə verilən informasiyaya görə, Maykl Pompeo birbaşa şahzadə Məhəmməddən bu cinayətdə əli olub-olmadığı barədə izahat istəyib, vəliəhd isə öz növbəsinə bütün iddiaları rədd edib.
Başqa bir qaynaqdan verilən xəbərə görə, Pompeo şahzadə Məhəmməddən Camal Qaşıqçının aqibətindən xəbəri olmasa da, heç olmasa Səudiyyə Ərəbistanının beynəlxalq təpkilərlə qarşılaşmaması naminə kömək üçün üzərinə məsuliyyət götürməsini istəyib.(musavat.com)
MilliYol.Az