İdarə rəisi qeyd edib ki, Azərbaycanda bu sahədə maarifləndirmə işləri aparılır
"Dünya birliyinin davamlı səylərinə baxmayaraq insan alveri müasir dövrün ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Azərbaycanda 14 ildən artıqdır ki, insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirilir. Bu istiqamətdə qanunvericilik bazası təkmilləşdirilərək insan qurbanlarının milli istiqamətləndirmə mexanizmi çərçivəsində qəbul edilən 20-dən artıq normativ hüquqi aktlara əsasən, onların reabilitasiyası və reinteqrasiyası təmin edilib”.
Unikal.org-un xəbərinə görə, "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potesialların artırılması” mövzusunda keçirilən konfransda Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi general-mayor Heydər Heydərov deyib.
İdarə rəisi qeyd edib ki, Azərbaycanda bu sahədə maarifləndirmə işləri aparılır.
Onun sözlərinə, ölkədə insan alveri qurbanlarının kompensasiya almaq, istismar dövründə törətdiyi hüquqazidd əmələ cəzalandırılmamaq kimi hüquqları tanınıb: "İnsan alveri qurbanları könüllü qaydada ödənişsiz sosial reablitasiya və təhlükəsizlik təsbirləri ilə əhatə olunmaqla onlara tibbi, hüquqi, psixoloji, yaşayış yeri yardımları ödənişsiz göstərilir, normal həyat tərzinə qayıdışı təmin edilir. Azərbaycanda 14 il müddətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 1321 insan alveri və məcburi əmək cinayəti qeydə alınaraq, 538 nəfər məsuliyyətə cəlb edilib. Müəyyən edilən 873 insan alveri qurbanının cəmiyyəti reinteqrasiya ilə təmin edilib. Əldə edilən nəticələr beynəlxalq tərəfdaşlar tərəfindən müsbət dəyərləndirilib. Bu sahədə Azərbaycan təcrübəsi bir sıra ölkələrin müvafiq qurumlarının diqqət mərkəzindədir”.MilliYol.az