Krım başçısı Sergey Aksyonov əlavə edib ki, terror aktını törətmiş 22 yaşlı gənc həmin kollecin tələbəsi olub
Virtualaz.org xəbər verir ki, hadisə ilə əlaqədar Krımda üç günlük matəm elan edilib. Krımın başçısı Aksyonovun bildirdiyinə görə, Kerçdəki kollecdə terror aktı törətmiş 22 yaşlı gənc intihar edib. Hadisə nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb.
Rusiyanın İstintaq Komitəsi Kerçdə texnikum binasında törədilmiş dəhşətli terror aktında ölənlərin sayını açıqlayıb. Bu saata olan məlumata görə ölənlərin sayı 18 nəfərdir, onların əksəriyyəti texnikum tələbələri olan yeniyetmələrdir. Yaralıların sayı 50-dən çoxdur, onların əksəriyyəti bomba partlayışından qəlpə yaraları alıblar.
Nikolay adlı tələbə danışır ki, hadisə baş verəndə o texnikumun əsas binasından 200 metr məsafədə, emalatxanada idi. “Partlayış səsi eşidildi, ardınca avtomatdan atmağa başladılar. Hamımız çölə qaçdıq. Gördüm ki, adamlar yıxılır, bəziləri qapıdan özlərini çölə atır. Və necə atəş açdıqlarını eşidirdim”-o deyir.
Marqarita adlı tələbə isə terror aktı zamanı içəridə olub. “Biz texnikumun həyətinə keçdik, təxminən 1 dəqiqə sonra partlayış baş verdi. Dalınca atəş açmağa başladılar. Mən qaçdım və oğlanların necə yıxıldığını gördüm, hər tərəf qan idi. Mənim rəfiqəmi...Daşanı...mən onu bir daha görmədim”-tələbə qız göz yaşlarına boğulub.
Texnikumu direktoru hadisədən yarım saat əvvəl iş dalınca harasa gedib. O deyir ki, binada olsa yəqin ki, indi meyiti qalmışdı: “Nadyamı, mənim dovşanımı öldürdülər, anasını da öldürdülər”. Avtomatla yuxarı mərtəbəyə qaçıblar, otaqların qapısını açıb hamını güllələyiblər. Əsl terror aktıdır...Beslandakı kimi...Uşaqlar həlak olublar, əməkdaşlar həlak olublar”-o jurnalistlərə deyib.
Məlumatlara görə terrorçu, yaxud terrorçular binaya daxil olaraq gücü trotil ekvivalenti ilə təxminən 300 qram olan bombanı partladıblar. Partlayış nəticəsində panika yaranıb və tələbələr qaçmağa çalışıb. Bu dəfə terrorçular onları avtomatlarla qırmağa başlayıblar, yaralılara da aman verilməyib. Hücum edənlərdən birinin təxminən 23 yaşlarında olduğu, tatara oxşadığı bildirilir.
Krımda terror aktı baş vermiş kollecin tələbələrindən biri jurnalistlərə deyib:
“Düzü, gecə yatmamışdım deyə, dərsdə yuxu aparmışdı, elə bu da məni xilas etdi. Möhkəm səs-küydən ayıldım. Kabinetdən dəhlizə baxanda gördüm ki, əlində silah olan bir nəfər hamını güllələyir. Qapını bağladım ki, bəlkə məni görməz. 10 dəqiqə sonra xüsusi təyinatlılar gəldi və mən kabinetdən çıxdım. Atəş açanın başına gələnlərdən xəbərim yoxdur. Partlayış baş verən dəhlizdə şüşələr sınmışdı, döşəmədə çoxlu meyit vardı. Bütün divarlar qaralmışdı”.
Rusiya Milli Antiterror Komitəsinin məlumatına görə, Krımda baş vermiş partlayış terror aktıdır.
Yaralıların rentgen şəkillərində onların onların bədənində xırda detalların (vintlər və boltlar) olduğu aşkarlanıb.
Həlak olanların bədən hissələrinin qopduğu bildirilir.
MilliYol.Az