“S-400”-lər Putinin ən böyük diplomatik silahına çevrilib
“S-400” dünyada zenit-raket komplekslərinin içində ən müasiri sayılır. Hazırda isə o, Rusiyanın silah ixracatının flaqmanına və beynəlxalq münasibətlərdə diplomatik rıçaqa çevrilib.
“Raketlərlə bağlı hələ də yaranan suallara və müşahidəçilər ətrafında yaradılan dumana rəğmən Rusiya onu dünyada ən yaxşı sistem olaraq təqdim edir. Hərbi sənaye kompleksinin döyüş hazırlığı idarəsinin rəisi Aleksandr Aqafonov “Şərq-2018” təlimlərində raketin öz missiyasını uğurla yerinə yetiridiyni deyib”,- “Le Figaro” qəzetindən Pyer Avril yazır.
“Triumf” adı verilən bu sistem hazırda böyük dövlətlər tərəfindən həvəslə alınır.
Bu ilin yayında Rusiya prezidenti Vladimir Putin Hindistan səfərində “S-400”-lərin satılması ilə bağlı 5,2 milyard dollarlıq saziş imzalayıb. Bütün bunlar rus “Triumf”unun ABŞ “Patriot”larına güclü rəqabət yaratdığını göstərir.
Məqalədə “S-400” ZRK-larının sentyabrın 21-də Ukraynanın işğal olunmuş Krım vilayətində, Yevpatoriyada yerləşdirilidiyi, bundan sonra isə Ukrayna ilə “sərhəddə” Canköy şəhərində qurulacağı göstərilib. “Bununla biz Ukrayna ilə bərabər 3 NATO ölkəsi, Türkiyə, Rumıniya, Bolqarıstanın sahillərini nəzarət altına ala bilirik. Bu ZRK-lar cəmi 5 dəqiqə ərzində döyüş hazırlığı vəziyyətinə gətirilə bilir”,- S-400-lərin Krıma yerləşdirilməsinə cavabdeh Aleksandr Taranov xəbərdarlıq edib.
Sülh problemlərinin araşdırılması üzrə Stokholm institutunun (SİPRİ) məlumatlarına görə, Moskva Çin, Hindistan və Türkiyə ilə imzalanan sazişlərlə illik 2 milyard dollar gəlir etmiş olacaq ki, bu da Rusiyanın ümumi silah ixracatının 15%-ni təşkil edir.
Pekin üçün bu raketlər özünün Cənubi-Çin dənizində süni adalar vasitəsilə yaratdığı hərbi mövcudluğunu möhkəmləndirmək, habelə bütün Tayvan körfəzini atəş təhdidi altında tutmaq üçün lazımdır”, - müstəqil hərbi analitik Vasili Kaşin müəllifə söyləyib.
“Hindistan S-400-lərin köməyi ilə həm Çin, həm də köhnə düşməni Pakistan tərəfdən gələcək təhdidləri önləmək istəyir.
Ərdoğanın millətçi iqtidarı isə “S-400”lərin alınması ilə NATO-nu əsl axmaq vəziyyətə qoyub”, - Pyer Avril qeyd edir.
SİPRİ eksperti Simon Vezeman indi ABŞ-ın rus silahını alan hər kəsi təhdid etdiyini bildirir. Kremlə yaxın "Sputnik" agentliyinin icmalçısı Andrey Korıbkonun fikrincə, ABŞ-ın mənfi reaksiyasının əslində onun texnologiyalar sahəsində starteji üstünlüyünü itirmək qorxusunun təzahürüdür.
Yaıda Rusiyanın indidən “Prometey” adı verilən S-500 sistemlərini sınaqlarına başladığı qeyd olunub. Bu sistemlər dünyadakı bütün zenit-raket komplekslərindən daha 100 kilometr hündürlükdə (500 km) hədəfləri bura bilir. Yeni sistem 600 km-lik əhatə dairəsində eyni zamanda saniyədə 7 km uçan 10 ballistik raketi məhv etməyə qadirdir.
Yazıda ABŞ-ın yeni təhdidlərə cavab olaraq Pentaqonun 2020-ci ildə hərbi-kosmik qüvvələrini yaradacağı xəbər verilib. “Düşmənlərimiz kosmik məkanı hərbi sahəyə çeviriblər. ABŞ bu meydanoxuma qarşısında geri çəkilməyəcək”, - prezident Tramp hələ avqustdakı çıxışında bildirmişdi...(musavat.com)
MilliYol.Az