"2019-cu ilin aprelində keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran Prisinin biletləri bu gün satışa çıxarılacaq"
Bu fikri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommunikasiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib.
Onun sözlərinə görə, ildən-ilə biletlərin satışında artım qeydə alınır.
Qeyd olunub ki, ilk biletlər 20 faiz endirimlə satılacaq. Bundan əlavə lokal satışlarda 25 faiz əlavə güzəşt olacaq.
Qeyd olunub ki, hazırda biletlərin satışında kampaniya dövrüdür. Bu ərəfədə yerli sakinlər üçün 4 günlük biletlərin qiyməti tribunalardan asılı olaraq, 190-660 manatdır.
Azyaşlılar üçün bu rəqəm 130-470 manat təşkil edir.
Ayaqüstü zonalar üçün biletlərin qiyməti isə 80-160 manatdır.
Biletləri bakucitycircuit.az və itiket.az saytlarıdan, eləcə də satış məntəqələrindən əldə etmək mümkündür.
Qeyd olunub ki, hazırda biletlərin satışında kampaniya dövrüdür. Bu ərəfədə yerli sakinlər üçün 4 günlük biletlərin qiyməti tribunalardan asılı olaraq, 190 - 660 manatdır. Azyaşlılar üçün bu rəqəm 130 - 470 manat təşkil edir.
Ayaqüstü zonalar üçün biletlərin qiyməti isə 80 - 160 manatdır.
Qeyd edək ki, 2019-cu il Azərbaycan Qran Prisi 26-28 apreldə təşkil olunacaq.(musavat.com)
MilliYol.Az