Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqının “Brexit”lə bağlı tələbləri ilə razılaşarsa, rəhbərlik etdiyi hökumətin 10 naziri istefa verəcək
digər nazirlərin də üçdə biri hökumətdən ayrılmağa hazırdır.
Bu, oktyabrın 14-də Brüsseldə “Brexit” üzrə katib Dominik Rab və Avropa İttifaqının “Brexit” üzrə danışıqlarını aparan fransız diplomat Michel Barnier arasındakı görüşün nəticəsiz başa çatması ilə bağlıdır.
Qəzet özəl mənbələrinə istinadən yazıb ki, bu detal Dominik Raab da daxil olmaqla, beynəlxalq inkişaf katibi Penny Mordaunt, əməkj və pensiya üzrə katib Esther McVey, Şotlandiyanın dövlət katibi David Mundell və daha 6 kabinet üzvünün istefaya getməsinə səbəb ola bilər.
Qeyd edək ki, oktyabrın 14-də Brüsseldə keçirilən görüşə Avropa İttifaqına 27 üzv ölkənin səfirinin təcili olaraq dəvət edilməsi Böyük Britaniya və Aİ arasında razılığın əldə edilməsinə dair xəbərlərin yayılmasına səbəb olmuşdu. Ancaq daha sonra Michel Barnier özünün “twitter” səhifəsindən verdiyi açıqlamada razılaşmanın əldə olunmadığını və Şimali İrlandiya arasındakı məsələnin hələ də qüvvədə qaldığını bildirmişdi.
Şimali İrlandiya və İrlandiya arasındakı sərhəd məsələsi “Brexit” üçün həll edilə bilməyən əsas məsələlərdən biridir. Böyük Britaniya Avropa İttifaqının vahid bazarından ayrılmaq istəsə də, Şimali İrlandiya və İrlandiya arasında sərhəd nəzarət məntəqəsinin yerləşdirilməsinə müsbət yanaşmır və Şimali İrlandiyanın vahid bazarda qalmasını istəyir.
İngiltərənin “The Guardian” qəzeti Şimali İrlandiyanın sərhəd məsələsi ilə bağlı hər hansı irəliləyişin olmamağı təqdirdə Aİ liderlərinin razılaşmasız “Brexit” üçün noyabr ayında fövqəladə bir zirvə toplantısı planlaşdırdığını yazıb.(Report)
MilliYol.Az