Apardığımız araşdırma nəticəsində aşkar etmişik ki, sahibsiz heyvanları Bakının mərkəz küçələrinə gətirən özəl səbəblər də var
Son zamanlar Bakı şəhərində və xüsusilə də kəndlərdə sahibsiz itlərin sayı həddən artıq çoxalıb. Mətbuatda verilən məlumatlara görə sahibsiz itlər tərəfindən əsasən uşaqlara hücum edilməsi, onların dişlənməsi halları sayı artmaqdadır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it dişləməsi olub.
Bu problemlə paytaxt sakinləri hər gün üzləşirlər, sahibsiz itlər günün-günorta çağı insanların qarşına çıxır, yollarda sərbəst gəzişir, gecələr isə itlərin boğuşmasından göz yummaq mümkün olmur. PİA.az-a daxil olan məlumata görə hətta Xəzər rayonunda bir həyətdə 300 it saxlanılması halı da vardır.
Sahibsiz itlərin Bakının mərkəzində “meydan sulaması” Bakı saknləri üçün təhlükə yaratdığı kimi, şəhərimizin turistik simasına da ciddi xələl gətirir. Etiraf etməliyik ki, Bakıra gələn turistlərin hər addımda sahibsiz, çirkli və özləri ilə sanitar təhlükə gəzdirən itlərlə üzləşməsi heç də xoş mənzərə deyil. Bu turistlərin Bakı və Azərbaycan xalqı haqqında təəssuratlarına mənfi təsir edir.
Apardığımız araşdırma nəticəsində aşkar etmişik ki, sahibsiz heyvanları Bakının mərkəz küçələrinə gətirən özəl səbəblər də var. Adətən sahibsiz itlər daha çox şəhər kənrlarında, natəmiz ərazilərdə, ictimai iaşə mərkəzlərinin, sallaqxanaların yaxınlığında, ərzaq məhsulları tullantılarının daha çox atıldığı zibilxanalarda məskən salır. Bakının mərkəzində son zamanlar sahibsiz itlərin artmasının əsas səbəblərindən biri də zibil qutularının yaşayış binalarının yaxınlığında yerləşdirilməsidir. Günün müxtəlif saatlarında bu qutuların yanında siçovul, it, pişik kimi heyvanlara rast gəlinir.
Qeyd edək ki, bundan ən çox narahat olan isə valideynlərdir. Ən təhlükəlisi də hücum edən itin quduz ola bilməsidr. Qeyd edək ki, son zamanlar quduz itlərin sayının artması ilə bağlı məlumatlar da artmaqdadır. Bu isə həm uşaqllar üçün, həm də yetkin vətəndaşlar üçün birbaşa həyati təhlükə daşıyır. Bildiyimiz kimi, it dişləməsindən sonra insanda quduzluq qeydə alınarsa, ciddi müalicə olunmazsa, ölümlə nəticələnir.
PİA.az-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, azyaşlıların sahibsiz itlərin hücumuna məruz qalması halları Qaradağ, Binəqədi, Xəzər, Yasamal, Sabunçu, Suraxanı, bir sözlə demək olar ki, Bakının bütün rayonlarda qeydə alınıb. Çoxsayda KİV nümayəndələrinin yaşadığı 20-ci sahə, Yeni Salyan yolu 22 ünvanındakı “Jurnalistlərin binaları”nın yaxınlığında da xeylı miqdarda sahibsiz itlərin gəzdiyini gündəlik olaraq həmkərlarımız da müşahıdə edir.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Sahibsiz heyvanlar insanlara problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir. Sahıbsiz heyvanlar üçün son illərdə yaradılan sığınacaqlar isə azlıq təşkil edir.
Qeyd edək ki, müəyyən vaxtlarda bəzi heyvanların sayının böyük dərəcədə atrması hallarına Avropanın bəzi ölkələrində də rast gəlinir. Bununla əlaqədar Avropada dövlət qurumlarının, bələdfiyyələrin göstərişlərinə əsasən sayı artan itlərin, canavarların, hətta maralların və digər vəhşi heyvanların vurulması həyata keçirilir.
Bakıya gəldikdə isə son illərdə sahibsiz itlərin həddən artıq atrması vətəndaşlarımız üçün təhlükəyə çevrilib, həmçinin küçələrdə cıddı antisanitar vəziyyət yaradır. Bununla əlaqədaq dövlət qurumlarının və xüsusilə kommunal xidmətlərin üzərinə böyük məsuliyyət düşür. Sahıbsiz heyvanlarının sayının ciddi şəkildə tənzimlənməsi gərəkir və bu tədbirlər gecikdikcə Bakıda CANLI TƏHLÜKƏdə böyüyür.
Görünür aidiyyəti qurumların hərəkətə keçməsi üçün kimlərinsə, ya da öz yaxınlarının itlərin hücumuna məruz qalıb parçalanmasını gözləyirlər...
Əlaqədar qurumlardan cavab gözləyirik.
pia.az