ABŞ-ın Bəhreyndəki keçmiş səfiri, Dövlət Departamentinin keçmiş əməkdaşı Adam Ereli “Washington Times” qəzetində Ermənistanda baş verən siyasi hadisələrin təhlil olunduğu analitik yazı qələmə alıb
Musavat.com erməni mətbuatına istinadən həmin yazını təqdim edir.
Məqalədə Nikol Paşinyan hakimiyyəti ciddi surətdə tənqid olunub və vəziyyətin pisləşməyə doğru gedəcəyi proqnozu verilib.
“Ermənistan hazırda anarxiyanın, qanunsuzluq atmosferinin və siyasi özbaşınalığın baş alıb getdiyi vəziyyətdədir. Ermənistanın institusional dezinteqrasiyası Avropa və Qafqaz üçün ağır nəticələr törədəcək.
“Hazırkı baş nazir Nikol Paşinyan 2018-ci il mayın 8-də 250 min tərəfdarını səfərbər etməklə iqtidara qədəm basdıqdan bu yana, Ermənistanın rəhbər institutlarının sistematik ləğvini və dağıdılmasını həyata keçirir”.
“Təəssüf ki Paşinyan Ermənistanda guya həmişə qınadığı bandit taktikası ilə hərəkət edir. O, Təhülkəsizlik Xidməti və məhkəmələrdən mafiya stilində vendettanın həyata keçrilməsi məqsədilə yararlanır..."
Yazıda Paşinyanın korrupsiyaya qarşı total müharibə adı altında rəqiblərinə qarşı həbslər həyata keçirdiyi və bu səbəbdən tənqidlərə məruz qaldığı vurğulanıb.
Müəllif Paşinyanın üzdə məhkəmənin işinə qarışmadığını söyləməsinə rəğmən, Milli Təhlükəsizlik və Xüsusi İstintaq xidmətlərinin rəhbərləri arasında keçən telefon danışığının bunun tam əksini sübut etdiyini bildirir.
“Şəffaflıq, hesabat vermə və qanunun aliliyi kimi prinsiplər Şərqi Avropa və keçmiş Sovet İttifaqı ölkələrinin hər birində pozulur. Nikol Paşinyan indi Viktor Orban (Macarıstan), Andrey Babiş (Çexiya) və Aleksandr Lukaşenko (Belarus) kim liderlərlə eyni sırada durması ilə fəxr edə bilər”, - yazıda qeyd olunub.
“Lakin Avropa və Qafqaz üçün əsl təhlükə Paşinyanın tikdiyi popilist “Potyomkin kəndi”nin (yəni aldadıcı mənzərə) indi onu özünün və tərəfdarlarının başına yıxılması ilə bağlıdır. Hakimiyyəti küçələrin əlinə vermək, eyni zamanda dövlət institutlarını zəiflətmək anarxiyanın resepti sayılır.
Tanınmış erməni icmalçısı Gevorq Arutunyanın qeyd etdiyi kimi, əsas məsələ inqilabçı Nikol Paşinyandan baş nazir postunun alınıb-alınmayacağıdır. Hələlik bunun əlamətləri görünmür” - məqalə bu sonluqla bitir.
MilliYol.Az