Ptolemey (b.e. 100-170) Misirdə yaşamış riyaziyyatçı, kozmoloq, coğrafiyaçı idi
Yaşadığı yer olan Misir o zamanlar yunan mədəniyyətinin təsiri altında qalmışdı. Ptolemey Isgəndəriyədə çiçəklənən yunan düşüncəsinin davamçısı idi. Amma yaşamı haqqında daha ətraflı biliyə sahib deyilik.
Onun özündən əvvəl gələn yunan filosof və alimlərinin düşüncələrini inkişaf etdirərək, bir araya gətirdiyi, günümüzədək gəlib çıxan kitabı ‘Almagest’ insanlıq olaraq, astronomik dünyagörüş tariximizə işıq tutur. Belə ki, kitabda qədim yunan kosmik fikirlərini bir toparlanması edilib. Elə buna görə, ərəbcənin təsiri ilə ‘Almagest’ kimi bilinən kitabın əsl adı yunancada, ‘Riyazi yığma’ kimi tərcümə edilə bilir.
Ptolemey kainat modeli necə idi?
Ptolemey öz kitabında kainatın mərkəzinə, yanılaraq, Yeri yerləşdirmişdi. Buna görə, o, ulduzlar, Günəş, Ay və o zaman bilinən 5 planet – Merkuri, Venera, Mars, Yupier, Saturn Yer kürəsinin ətrafında döndüyünü sanırdı.
Onun modelinin təməlindən Göy cismlərinin Dünya ətrafında mükmməl çevrələrdə hərəkət etməsi gərəkdiyi fikri yatmaqdadır.
Ptolemey göy cismlərinin hər zaman mükəmməl çəmbərlərdə hərəkət etməsi üçün yermərkəzli dünyagörüşünə iki önəmli əlavə etdi: 1) planetin bir nöqtə ətrafında mükəmməl dövr edərək, dünyanın ətrafında dönməsi; 2) Göy cismlərini daşıyan görünməyən kristallar Yer kürəsinin mərkəzindən biraz kənarda yerləşən bərabərölçülü nöqtələr (equantlar) ətrafında dönürlər. Yəni, kainatın mərkəzini Ptolemey Yer kürəsi kimi qəbul etsə də, hər kəs bunun ətrafında yox, ondan biraz kənarda olan equantlar ətrafında hərəkət etdiyini sanırdı.
Ulduzlar isə, digər planetləri daşıyan iç-içə keçmiş bir neçə ‘kristal kürə’lərin xaricindəki kristal kürəyə bağlı sabit cismlər kimi təsəvvür edirdi. Ancaq modeldə bu hərəkətlərə səbəb olan fiziki hadisələri açıqlamağa və kristalların mahiyyətinə yönəlmiş izahlar yox idi.
Amma bütün bu açıqlamalar e.ə. 4-3-cü yüzilliklərdə yaşamış yunan filosofu, astronomu və riyaziyyatçısı Samoslu Aristarxusun ortaya atdığı göy cismlərinin Günəşin ətrafında dönməsinə dair fikirləri aradan qaldıra bilmədi. Zamanla bu cür fikirlər səsləndirildi. Ptolemey modelində Ayın orbitinin dünyadan yayınması o qədər böyük idi ki, müəyyən günlərdən gərək Ay Yerə daha yaxın olaydı, bu kimi problemlər var idi.
Kopernik
Nikolay Kopernik (Nikolayus Kopernikus) 15-ci yüzilliyin sonlarında düşüncə səhnəsinə çıxdı. 19 fevral 1473-də Vistul çayının sahilində yerləşən polyak yurdu – Torunda anadan oldu.
Əsl adı Mikolaj Kopernik idi, amma Renesans dövrünün humanistləri kimi adını latıncalaşdırmışdı. Atası varlı tacir idi, o, 1483-1484 illəri ərəfəsində öləndə, N.Kopernik dayısının himayəsinə keçdi. Dayısı Ermelandda din adamı idi.1491-də Krokow universitetində təhsil almağa başladı. 1496-da Italyaya köçdü, burda o, Baloniya və Podova universitetlərində hüquq, tibb, klassik mədəniyyətlər tarixi, riyaziyyat kimi elmləri öyrəndi. 1503-də Ferrera Universitetində kilsə hüququ doktorluq tezisini müdafiə etdi. Bundan əlavə, o, humanist hərəkatdan çox təsirlənmişdi.
Sonradan o, dayısı Lukasın yardımı ilə Polşadakı Frombork kafedralına təyin edildi.
N.Kopernik 23 yaşlarında tələbə olarkən, bir alman olan Yohanes Müller (lat. Regiomontanus) tərəfindən yazılmış, 1496-cı ildə nəşr edilən kitabdan təsirlənmişdir. Y.Müller də Georg Pierbaxın fikirlərini inkişaf etdirərək, bu işə başlamışdı. Pierbax da Ptolemeyin modelinin rezyumunu etmək məqsədi ilə yola çıxmışdı. Əldə olan ən son versiyası Kremonalı Qerard tərəfindən 12-ci yüzillikdə edilmiş latınca bir tərcümə idi. Amma başlanğıc səviyyəsində bir kitaba başlamasına rəğmən, 1461-də dünyasını dəyişir. Ölüm döşəyində olarkən, Y.Müller ona kitabı tamamlama sözünü verir. O, ”Epitome” adını verdiyi kitabında Ptolemey modelini tənqid ediən fikirlərinə də yer ayırır, yeni müşahiələri əlavə edir, bəzi xətalı hesablamaları düzəldir. Bunlardan biri yuxarıda bəhs etdiyimiz Ay problemi idi.
Bütün bunlar Kopernikə Yeri mərkəzə qoymaq fikrində təsir edir. Kopernik fikrini yayımlamaqda tələsməmişdir. Öz kainat görüşünü 1510-da tamamladığı bilinməkdədir. Hətta o, papa VII Klemetin qatıldığı bir təqdimatda anladılıb, Hələ kardinallardan biri olan Nikolas fon Şönberq Kopernikə fikirlərini yayımlamasını məsləhət görür. Şönberqin bu haqda məktubu 1543-də yayımlanan Kopernikin ən böyük əsəri – ”De Revolutionibus Orbitum Coelestium” önsözünə də qeyd olunub.
Sonunda, Kopernik Günəşi kainatın mərkəzinə qoymaqda Heliosentrizmi yenidən canlandırır, sanki.
Kopernikin çox məşğul bir insan olması da fikirlərini yayımlamaqda onu əngəlləyən səbəblərdən ola bilər. Beləki, ona həm də bir riyaziyyatçı olduğundan pul sisteminin yaxşılaşdırılması mövzsunda iş də tapşırılmışdı. Hüquqçu olması da kilisədə işləməsinə imkan yaradırdı. Hətta 1520-də yaşadığı bölgə işğal edildikdə, qalanın başçısı vəzifəsini üstlənir.
1539-da tələbəsi Georg İoxim Retikus Fromberg kafedralına müəllimi Kopernikin işləri ilə maraqlanmağa gələrkən, onu fikirlərini yayımlamağa razı salır və bundan sonra Kopernik işə başlayır. Nəhayət, 1543-də, yuxarıda da qeyd etdiyimiz kimi, əsəri işıq üzü görür. Təəssüf ki, həmin il Kopernik dünyasını dəyişir.
Hazırladı: Subhan Qulu.
MilliYol.Az