ABŞ Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey Çini bu vaxta qədər qarşı-qarşıya gəldikləri ən böyük təhdid olaraq təsvir edib
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Kristofer Rey bu sözləri daxili təhlükəsizlik naziri Kirsten Nilsen və Milli Terrorizmlə Mübarizə Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rassel Treyverslə Senatın Daxili təhlükəsizlik Komitəsində keçirilən “ABŞ-a yönəlik təhdidlər” adı altında keçirilən dinləmələrdəki çıxışı zamanı deyib.
ABŞ-ın həm müxtəlif dövlətlər, həm də başqa təşkilatlar tərəfindən təhdid edildiyini bildirən FTB direktoru Çinin ölkədəki ticarət, innovasiya və əqli mülkiyyət kimi bir çox sahələrdə dövlətin sirlərinə vaqif olmağa çalışdığını qeyd edib.
“Onlar (çinlilər-red.) məqsədlərinə çatmaqdan ötrü kibermüdaxilə, xarici sərmayə, şirkət alışları və tədarük zəncirlərini təhdid etmək kimi getdikcə böyüyən və ənənəvi olmayan metodolardan istifadə edirlər”,- K.Reyin nitqində deyilir.
Reyin fikrincə, Çinin iqtisadi casusluqla bağlı fəaliyyəti ABŞ-ın hər bölgəsində biznes çevrələrinə dərindən təsir göstərir.
“Çin bir çox baxımdam qarşı-qarşıya qaldığımız ən təhlükəli və uzun dövrlü bir kəşfiyyat təhdididir. Rusiya SSRİ-nin siqutundan sonra öz gücünü qorumaq üçün mübarizə aparır. Ruslar bu günün müharibəsini edir. Çin isə sabahların savaşını aparır”- Kristofer Rey söyləyib.
FTB direktoru ABŞ-da parlament seçkilərinin yaxınlaşması ilə bərabər təşkilatın seçkilərə xarici müdaxilənin qarşısını almaq üçün hazırlaşdıqlarını vurğulayıb.
Beynəlxalq terrorizmə toxunan Kristofer Rey daxildə də radikallaşan və gözlənilməz bir vaxtda hücum etməyə hazır, şiddəti təbliğ edən təşkilatlarla üz-üzə gəldiklərini söyləyib.
FTB direktoru rəhbərlik etdiyi qurumun 5 min civarında terror işini araşdırdığını vurğulayıb və bunlardan ən azı 1000-in 50 ştatın hamısına yayıldığını deyib.
Kristofer Rey keçən il terror təşkilatlarına mənsub yüzlərlə şəxsi həbs etdiklərini bildirib.
MilliYol.Az