Son beş ayda Paşinyan və onun tərəfdarları Ermənistanda plüralizm fikirlərini öldürməyə çalışırlar
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın Respublika Partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov deyib.
“Bəzi insanlar deyir ki, Paşinyan düzgün adamdır. İnsanları parlamentə aparmaq, həmkarlarını təhdid etmək, məhkəmə sistemini təzyiq altında saxlamaq düzgünlükdür? Əgər bütün bunlardan sonra onlar hələ də belə fikirləşirlərsə, mənim düzgünlük anlayışımla onlarınkı fərqlidir”, - o bildirib.
Şarmazanov əlavə edib ki, Ermənistanda nə etməsindən asılı olmayaraq, hamının düzgün hesab etdiyi insan olmamalıdır: “Stalin də belə bir şəxsiyyət arzu edirdi. Biz hara gedirik?!”
“Ermənistanda konstitusiya prinsiplərini və hakimiyyət bölgüsünü zorladılar. Ermənistanda ilk dəfə icra hakimiyyəti qanunverici hakimiyyətin ərazisinə soxuldu. Bonapart, Hitler də belə etmişdi. Bu, sondur. Ermənistanda plüralizm öldü. Bizdə baş nazir deyil, çar, diktator olacaq. Siz bunu istəyirdiniz? Zövq alın!”, - o bildirib.
Mətbuat katibinin sözlərinə görə, Ermənistanın sonu çatıb.
MilliYol.Az