Xatırladaq ki, Komitə sədri Etibar Abdullayevi Aparat rəhbəri vəzifəsinə özü Komitə sədri təyin ediləndən az sonra gətirmişdi
MilliYol -un əldə etdiyi məlumata görə ötən həftə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin imzaladığı əmr həm qurum daxilində, həm də “yuxarılar” tərəfindən böyük təəccüblə qarşılanıb.
Qeyd edək ki, ötən həftə Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparatının rəhbəri Etibar Abdullayevi işdən çıxarıb onun yerinə Eldar Zeynalov adlı birisini təyin edib. Etibar Abdullayevə isə qurumun Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdir müavini və sektor müdiri vəzifəsinə keçirilib.
Xatırladaq ki, Komitə sədri Etibar Abdullayevi Aparat rəhbəri vəzifəsinə özü Komitə sədri təyin ediləndən az sonra gətimişdi. PİA.az-ın bir neçə mənbədən aldığı məlumata görə, əslində Etibar Abdullayev Rövşən Rzayevin iradəsinə zidd olaraq Komitəyə Aparat rəhbəri təyin edilibmiş.
Qeyd edək ki, Etibar Abdullayev mərhum professor Murtuz Ələsgərovun MM sədri olduğu illərdə parlament İşlər İdarəsinin müdir müavini vəzifəsində çalışıb.Mənbə MilliYol -a bildirib ki, Etibar Abdullayevin onun iradəsindən kənrda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri olması Komitə içində Rövşən Rzayevin nüfuzuna ziyan gətirirdi və gələcəkdə Komitədə ikitirəliyin yaranmasına səbəb ola bilərdi. Rövşən Rzayevin Etibar Abdullayevi aparat rəhbəri vəzifəsindən uzaqlaşdırıb onun yerinə özünə yaxın kadr təyin etməsinin əsas səbəbi də budur.
Yazıda adı keçən vəzifəli şəxslərin mövqeyini dərc eləməyə hazırıq.
MilliYol.az