Ermənistan Parlamentinin sabiq deputatı, “Çiçəklənən Ermənistan” partiyasının üzvü Arutyun Qaragözyan ölü tapılıb
İstintaq orqanları onu həmkarını güllələməkdə ittiham edirdilər.
Ölkə polisinin nümayəndəsi isə bildirib ki, Qaragözyan həyatına sui-qəsd edib.
Eyni partiyanın üzvü olan Karo Karapetyanla Arutyun Karagözyan arasında münaqişə oktyabrın 6-da Yerevandakı “Ayginer” restoranında axşam saatlarında meydana gəlib.
Siyasətçilər ümumi biznesin bölünməsi zamanı yaranan fikir ayrılığını aradan qaldırmaq üçün bir araya gəliblər. Lakin söhbət alınmayıb və sabiq deputatlar tapançaya əl atıblar.
Nəticədə Karapetyan güllə yaraları ilə xəstəxanaya çatdırılıb və orada dünyasını dəyişib. Qaragözyan isə hadisə yerindən qaçmışdır. (oxu.az)
MiliYol.az