ABŞ-ın müdafiə naziri NATO-nun toplantısında həyəcanlı çıxış etdi
Qərb ölkələri Rusiyanı silaha nəzarət razılığını pozmasına, genişmiqyaslı kiber-hücumlar və başqa ölkələrdə vərəndaşların qətli də daxil edilməklə aqressiyaya son qoymağa çağırır. Cümə axşamı NATO-nun Belçikada keçirdiyi yığıncağında ABŞ müfadiə naziri Ceyms Mattis Rusiyanın Orta-Mənzilli Atom Qüvvələri Sazişini pozduğunu deyib.
Birləşmiş Ştatların fikrincə, Rusiya INF kimi tanınan Soyuq Müharibə dönəminə məxsus sazişi pozması onun nüvə silahı inkişaf etdirməyə və Moskvaya qısa müddətdə Avropaya nüvə zərbəsi endirməyə imkan verəcək.
ABŞ müdafiə naziri Ceyms Mattis NATO müttəfiqlərinə Moskva müqavilə qaydalarına riayət etmədiyi təqdirdə Vaşinqtonun ona cavab verəcəyini deyib. “Birləşmiş Ştatlar həmişə olduğu kimi, müdafiə ilə bağlı mövqelərini müttəfiqləri ilə birgə nəzərdən keçirir. Heç bir şübhəniz olmasın: Rusiyanın hazırda bu müqaviləni açıq şəkildə pozması qeyri-mümkündür”.
Rusiya hər-hansı pozuntuya yol verdiyini inkar edir və deyir ki, Birləşmiş Ştatlar raketdən müdafiə sistemlərini müqavilənin pozulması ilə əlaqələndirir. NATO-nun baş katibi Cens Stoltenberq isə Rusiyanın bu yaxınlarda alyans üçün təhlükə yaradan yeni raket sisteminə malik olduğunu etiraf etdiyini bildirib. O, Rusiyanın beynəlxalq normalara, məsələn, qonşularına qarşı güc tətbiq etmək, seçki proseslərinə müdaxiləyə cəhd və yanlış informasiyalar yaymaq kimi pozuntulara yol verdiyini də əlavə edib. “Hollandiya və Britaniya hökumətlərinin bugünkü açıqlamaları Rusiyanın dünya boyu kiber-hücum kampaniyası həyata keçirdiyini ifşa etdi”.
Hollandiya cümə axşamı Rusiya hərbi kəşfiyyat xidməti QRU-nun Haaqada qərargahlanan Kimyəvi Silahlaral Qadağa Təşkilatına qarşı kiber-hücuma cəhd etdiyini aşkarlayıb.
Bundan bir neçə saat öncə Britaniya, Avstraliya və Yeni Zelandiya QRU-nu “bədxah” kiber hücumlar törtəməkdə ittiham edib. Müttəfiqlər Rusiyanın bu özbaşınalığına dözməyəcəklərini bəyan ediblər. Avstraliyanın baş naziri Skot Morrison: “Belə şeylər təsadüfən ortaya çıxır, məsələn, idman sahəsində dopinq və iqtisadi maraq sahələrində, Yalnız bununla bitmir. Beynəlxalq icma olaraq biz bunu açıq şəkildə ortaya qoymalıyıq və bir hökumət olaraq bunu edirik”.
Birləşmiş Ştatların Ədliyyə Nazirliyi Rusiyanın yeddi kəşfiyyat agentinə qarşı fırıldaqçılıq, hakerlik, insan oğurluğu və pul yuyulması ittihamları irəli irəli sürdü. Onlardan üçünün adı Rusiyanın 2016 ABŞ prezident seçkiləri dönəmində Demokrat Partiyasının serverlərinə, email hesablarına haker hücumları törətməsi barədə ittihamnamədə hallanır. (Amerikanın səsi)
MilliYol.Az