Yaponiyada səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo bu ölkənin baş naziri Şinzo Abe ilə görüşdə Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsini müzakirə edib
AzVision.az “Kiodo” agentliyinə istinadən xəbər verir ki, görüşdə ABŞ və Yaponiyanın Pxenyanın bütün nüvə silahlarından məhrum edilməsinin, həmçinin, Koreya yarımadasında sülh və təhlükəsizliyin bərqərar olmasının vacibliyinə dair mövqelərinə sadiq olduqları bəyan edilib. Həmçinin, məcburi şəkildə Şimali Koreyada saxlanılan Yaponiya vətəndaşlarının geri qaytarılması da müzakirə olunub.
“Yaponiya vətəndaşlarının Şimali Koreyada zorla saxlanılması ilə bağlı, həmçinin, bu ölkənin nüvə və raket proqramı problemlərinin həllinə dair ümumi razılığa gəlməliyik. Koreya yarımadasının nüvəsizləşdirilməsini həyata keçirmək üçün sıx əməkdaşlıq edilməsi vacibdir”, – deyə Pompeo vurğulayıb.
Qeyd edək ki, Pompeo, həmçinin Yaponiyanın xarici işlər naziri Taro Kano ilə də görüşəcək. Daha sonra isə Pxenyanla danışıqlar aparmaq üçün Şimali Koreyaya yola düşəcək.
MilliYol.Az