Avigdor Eskin (Qüds)
regnum.ru, 04.10.2018
Al-Masdar News informasiya agentliyi dünən “ən-Nusra”dan qatı terrorçu əl-Malik əl-Qafqazinin həlakı haqda məlumat verib. Qaynaq göstərir ki, cihadçı Qafqazdan gəlibmiş və ortadan qaldırılıb. İdlib Dəməşqə tabe olmayan zona elan edildikdən sonra orada ortadan qaldırmaların sayı çoxalıb. Radikal “Həyat Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının üç döyüşçüsü bu günlərdə qətlə yetirilib. Naməlum adamlar Hələbdən şimala əl-Layramunda qruplaşmanın bazasına hücum ediblər. Habelə İdlib şəhərindən şimala Dana şəhərciyində İŞİD qruplaşmasının zərərsizləşdirilməsi haqda məlumat gəlib.
İsnad olunan məlumat qaynağı “Əsədyönlü” ərəb təbliğat vasitəsinə aiddir. Amma bölgədəki narahatlıq və radikal cihadçıların sıxışdırıldığı haqda Qətərin “əl-Vətən” qəzeti kimi tamamilə başqa yönlü qaynaqlardan da məlumat alırıq. O, dünən məlumat verib ki, “ən-Nusra”nın başçısı Əbu Muhəmməd əl-Culani Türkiyənin ən qısa müddətdə özünü buraxmaq tələbini qəbul edib. Bu radikal qruplaşma indiki gündə İdlib əyaləti ərazisinin yarıdan çoxuna nəzarət edir. Terrorçuların liderlərinin Türkiyə kəşfiyyatı təmsilçilərilə görüşündə onların tabeliyindəki mülki özünüidarəçilik qurumları daxil olmaqla ləğv üçün üç aylıq müddətdən söhbət gedib.
Qeyd edək ki, Soçidə Rusiya və Türkiyə arasında bu yaxınlarda əldə edilmiş anlaşmada İdlib əyalətində oktyabrın 15-ə doğru hərbsizləşdirilmiş zona yaratmağın gərəkdiyindən danışılır. İndiki gündə tərəflər son nəticədən çox uzaqdırlar. Bununla belə, yəqin ki, cihadçılar seçim qarşısında qoyulub: ya Mosul və Hələbin ələ keçirildiyi üslubda əməliyyatın gedişində məhv edilmək, ya da Rusiya-Türkiyə anlaşmasına uyğun güzəştlərə getmək. İndiki gündə Qərbdə mötədil qəbul edilən müxalif Milli Azadlıq Cəbhəsi və “əl-Qaidə” ideologiyasınınn dalınca gedən cihadçı HTŞ əyalətə nəzarət edir. Rusiya HKQ-nin müxalif qüvvələrin komanda məntəqələrinə buraxılışı haqda məsələ həll edilməmiş qalır. Söhbət əvvəlcə pilotsuzlarla duruma nəzarət haqda gedib, amma indi yerüstü iştirakın zəruriliyi getdikcə daha çox aydın olur. Əlbəttə, ağır hərbi texnikanın çıxarılmasının müşahidəsi havadan həyata keçirilə bilər. Lakin müşahidəçilərin hərbsizləşdirilmiş zonanın özündə fəal iştirakını tələb edən xeyli başqa funksiyalar var. Habelə son nəticədə məhz hansı ərazilərin hərbsizləşdirilməli olduğunun müxtəlif cür dərki var. İndiki mərhələdə HTŞ-ın idarə etdiyi əraziləri Milli Azadlıq Cəbhəsinə verəcəyi gözlənilir. Ərazilərin ehtimal edilən yeni sahiblərinin 57 mm-lik kalibrə qədər yüngül silahları olacaq. Bu başdan dərhal qeyd edək: Milli Azadlıq Cəbhəsi Ankaradan güclü asılıdır.
Bununla bağlı sual doğur: cihadçıların hakimiyyəti Milli Azadlıq Cəbhəsinə təhvilinə kim məsuliyyət daşıyacaq? Türkiyə öz üzərinə belə bir öhdəlik götürməyib. Əslində, orada Rusiya hərbçilərini gözləmirlər, çünki Rusiya HKQ Dəməşq və onun müttəfiqlərilə assosiasiya doğurur.
Cihadçılar anlayırlar ki, Suriya-İran koalisiyası Rusiyanın dəstəyi ilə İdlib bölgəsini ələ keçirə bilər. Və Əsəd döyüşçülərinin sayının iyirmi minə qədər azaldığına baxmayaraq, örnəklər var. Rusiya HHQ yetmiş mindən az olmayan döyüşçünü və onları əhatə edən tərəfdarlarını torpağa sərərək öz imkanlarını göstərib. Radikallar başları üzərindəki təhlükəni yaxşı anlayıb və buna görə Türkiyə ilə sazişə gediblər də. Amma sazişə gəlmək, yaxud səmimi niyyətdə olmaq bir məsələdir, həyata keçirmək isə tamam başqa.
Hazırkı anda Rusiya-Türkiyə Soçi sazişlərinin gerçəkləşdirilməsi bəlli deyil. Cihadçıların Rusiya HHQ tərəfdən biriklənmiş uşuşlarından yayınmaq arzusu, sonra isə Suriya ordusunun qalıqlarının İran döyüşüçləri və şiə könüllü yığmasıyla birlikdə dözümünü öz üzərində hiss etmək – bu onlrın Əfqanıstanda yenidən qruplaşması və yaxud ümumiyyətlə Afrika qitəsinə keçməsi üçün anlaşılan, sövqedici motivdir.
Ancaq indiki anda barış sazişlərinin həyata keçirilməsi bütünlükdə və tamamilə Türkiyənin xeyirxah iradəsindən asılıdır. Bununla belə, çoxları türklərdə xeyirxah iradənin varlığına şübhə edirlər. Onlar şimalda, Hələb əyalətində dörd min kvadrat kilometrə yaxın sahəsi olan ərazini əldə saxlayırlar. Anlaşılmaz səbəblərdən heç kim bu əməliyyatı işğal adlandırmır. Bura müzakirə etdiyimiz İdlibin ərazisindən bir dəfə yarım azdır. Əlavə hərbi cəlb Türkiyəyə heç cür arzu olunan görünmür. İdlib bölgəsini hərbsizləşdirmək və oranın müxalif qüvvələr tərəfindən idarəçiliyni təmin etmək üçün onların nüfuzu bəs edəcəkmi? Bu, boş sual deyil.
Habelə qeyd etməyinə dəyər ki, bu, Suriyanın müstəqil bir dövlət kimi varlığını sürdürməsi haqda danışmağa yol verməyən daha bir amildir. Prezident Əsəd indiki gündə Suriyanın savaş başlanana qədərki ərazisinin yarısından bir qədər azına nəzarət edir. Ola bilsin, İsrailin çox görkəmli şərqşünası Qay Behor prezident Əsədin nəzarət etdiyi ərazini buna görə “Rusiya protektoratı” adlandırır. Bu qayda ilə Suriyanın bundan sonrakı suverenlyi haqda məsələ də mənasız deyil.(Tərcümə Strateq.az)
MilliYol.Az