Dünya bazarlarında dolların hegemonluğu sarsılıb, nə zamansa dolların hegemonluğunu təsdiqləyən siyasi liderlər, əksinə, indi ondan imtina edirlər
Xüsusilə də, Avropa İttifaqı, Rusiya və Çin ABŞ-ın İrana qarşı növbəti sanksiyalarından yan keçmək üçün ödəniş sistemi yaratmaqla bağlı müzakirələr aparırlar.
Bu barədə “Bloomberg” yazıb.
Qeyd edilir ki, ABŞ hələ ki, bazarda dünya liderliyini qoruyur, çünki dollara tələbat var. Lakin dolları tələb olunan kimi necə saxlamaq sual olaraq qalır.
Yazı müəllifi qeyd edir ki, bunun üçün diplomatik əlaqələri qorumaq, ABŞ-ın ticari tərəfdaşları üçün dolların əlçatanlığını saxlamaq və valyutadan digər ölkələri qarşı “dəyənək” kimi istifadə etməkdən imtina etmək lazımdır.
Bloomberg, həmçinin yazır ki, yaxın vaxtlarda dollar üçün əsas riski İrandakı situasiya daşıyır. Belə ki, hazırda ABŞ ölkə xaricindəki, İranla bağlı məsələyə qarışmaq istəməyən ölkələrə rahat şəkildə təzyiq göstərir. Belə gedərsə, onlar özləri də sanksiya obyektinə çevrilə bilərlər.
Agentlik, eyni zamanda vurğulayır ki, dünyada müntəzəm olaraq dollardan imtina edilir. Xüsusən, Rusiya Amerika valyutasındakı səhmlərini azaldır, Çin isə enerji bazarındakı müqavilələrini yuanla bağlamağa başlayıb. Fransanın maliyyə naziri Bruno Le Mer bəyan edib ki, ABŞ-dan tamamilə asılı olmayan maliyyə alətlərinə sahib olmaq, Aİ-ni Birləşmiş Ştatların vassalı kimi görməmək istəyir.(Qafqazinfo)
MilliYol.Az