Ötən gün Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq qubernatoru Georgi Poltavçenkonu vəzifədən azad edib
Virtualaz.org xəbər verir ki, Putin ona başqa işə-Birləşmiş Gəmiqayırma Korporasiyasının rəhbərliyinə keçməyi təklif edib. Və onun yerinə özünün Şimal-Qərb federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Beqlovu təyin edib. Bu təyinatlar və yerdəyişmələr barədə qərar Putinin Poltavçenko və Beqlovla birgə görüşündə qəbul olunub. Hərçənd Beqlov hələlik qubernatorun səlahiyyətlərini icra edəcək, onun vəzifəyə təsdiq edilməsi yerli Dumada təsdiq edilməlidir.
Peterburqun keçmiş qubernatoru Poltavçenko Bakıda anadan olmuşdu və bu regiondakı azərbaycan diasporunun rəhbəri, milyarder Vaqif Məmişovun yaxın dostu idi. Maraqlıdır ki, onun yerinə təyin olunan Beqlov da bakılıdır. 1956-cı ildə Bakıda anadan olub, atası Böyük Vətən müharibəsi iştirakçısı idi. Beqlov təhsilini Peterburqda alıb. Bizneslə məşğul olub, habelə bir sıra dövlət vəzifələri tutub. Hakim “Vahid Rusiya” partiyasının üzvüdür.
MilliYol.Az