Fransızlar son 40 ildə ölkə rəhbəri olmuş dövlət başçıları içində Fransua Mitteranı ən yaxşı prezident hesab edib
Novator.az-ın məlumatına görə, Odaxa Mərkəzinin “Fiqaro” qəzeti üçün apardığı sorğu belə göstərir.
Oktyabrın 2-si və 3-də 996 nəfər arasında aparılan sorğunun nəticələrinə əsasən, respondentlərin 31%-i Fransua Mitteranı (1981-1995-ci illərdə prezident olub) son 40 ilin ən yaxşı prezidenti sayır.
İkinci yerdə 26%-lə Jak Şirak (1995-2007), üçüncü yerdə 14%-lə Nikola Sarkozi (2007-2012) gəlir.
İndiki prezident Emmanuel Makronu (2017-ci ilin mayından dövlət başçısıdır) respondentlərin 10%-i dəstəkləyib.
Sorğu iştirakçılarının 4%-i Fransua Olandın (2012-2017) ən yaxşı prezident olduğunu deyib.
Fransada dövlət başçısı postunu daha əvvəlki illərdə Şarl de Qoll, Jorj Pompidu, Valeri Jiskar d’Esten də tutublar.
MilliYol.Az