Budapeştdən konsulun qovulmasına cavab gecikmədi
Macarıstan hökumətinin rəsmi Kiyevə cavabı gecikməyib və elə bu gün Ukrayna konsulunun ölkədən çıxarılması haqda qərar verilib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
O, bildirib ki, bu addım Ukraynanın eyni addımına cavab olaraq atılıb.
Xatırladaq ki, Ukrayna hökuməti bu gün Macarıstanın Zakarpatye vilayətindəki konsulunu persona non-qrata elan edib. Səbəb isə macar konsulun Ukrayna vətəndaşlarına qanunsuz pasport verməsi göstərilib.
MilliYol.Az
Digər xəbərlər
loading...