Bu gün Bəsic Günü münasibəti ilə Tehranda təşkil olunan tədbirdə çıxış edən İranın Ali Lideri deyib: “Allaha şükür ki, düşmənlərimiz səfehdir”
MilliYol.Az Strateq.az-a istinadla xəbər verir ki, Azadi stadionunda 100 minlik kütləyə xitab edən Ayətullah Xamnəi bildirib ki, “unutmayın, Amerika İslam İnqilabından büyük şapalaq yeyib və ürəyində bunun kinini saxlayır”.
“Amerika hələ də özünü dünyanın supergücü hesab edir. Halbuki bu artıq gerçək deyil. Onun texnologiyada önəmli gücə sahib olduğu doğrudur. Ancaq dünyada sözü eşidilən dövlət olmanın şərtləri artıq başqadır. Yeni fəlsəfə, məntiq və yeni ifadə tərzi”.
ABŞ-ın tətbiq etdiyi sanksiyalara toxunan Xamnəi deyib: “Şübhəsiz, bu sanksiyaları da dəf edəcəyik. Amerika İran millətindən yeni şapalaq yeyəcək”.
MilliYol.Az