"Suriyada "S-300" komplekslərinin olacağına sevindiyimizi deyə bilmərəm
Eyni zamanda bu, başqa çıxış yolunun olmadığı mövzudur. Burada qərarı qəbul etməkdən başqa imkan yoxdur".
RİA “Novosti” xəbər verir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman yerli "Kan-REKA" radiostansiyasına müsahibəsində deyib.
O, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqunun “İl-20” təyyarəsinin vurulmasına cavab olaraq Suriyaya "S-300" zenit-raket komplekslərinin veriləcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən vurğulayıb.
Xatırladaq ki, sentyabrın 17-də göyərtəsində 15 hərbçinin olduğu Rusiyanın "İl-20" kəşfiyyat təyyarəsi Suriyanın hava hücumundan müdafiə sistemi tərəfindən İsrail aviasiyasının növbəti hücumuna cavab verilərkən vurulub. Moskva hadisəyə görə İsraili günahlandırıb.
MilliYol.Az