ABŞ Prezidenti Donald Trampın sərvəti 3,1 milyard dollara enib və nəticədə o, ABŞ-ın ən varlı 400 insanı siyahısında (Forbes-400) 138 pillə geriləyib
AZƏRTAC xəbər verir ki, Forbes jurnalının məlumatına görə, 2015-ci ildə Trampın varidatı 4,5 milyard dollar təşkil edirdi. Beləliklə, ötən müddət ərzində o, 1 milyard dollardan çox pul itirib. 2017-ci ildə dərc olunan analoji reytinqdə Tramp 248-ci pillədə yer almışdı.
Forbes siyasi və biznes faktorlarının bir arada olmasını Trampın varidatının azalmasının əsas səbəbi kimi göstərir. Əsasən də mətbuatın prezidentə neqativ münasibəti və onun daşınmaz əmlak biznesinin təzyiq altında qalması qeyd olunur.
“Donald Tramp nə qədər çalışsa da, prezidentlik sayəsində varlana bilməyəcək”, – jurnal belə yazır.
MilliYol.Az