Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentindəki yerlərin 1/3-nin müxalifətin olacağını vəd edib
Ermənistan KİV-ləri yazır ki, hökumət başçısı ilə Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan arasında keçirilən görüşdə bununla bağlı razılıq əldə olunub.
N.Paşinyan danışıqlardan sonra jurnalisltərə bildirib ki, V.Baqdasaryanla əsasən növbədənkənar parlament seçkilərini müzakirə ediblər: “Biz bu məsələ ilə bağlı fikir mübadiləsi apardıq və danışıqlar prosesinin başlamasının vacibliyini razılaşdırdıq. Bir görüşdə qərar qəbul edilə biləcəyini düşünməyin.
Bizdə legitim hakimiyyət və legitim azlıq olacaq. Əgər səsvermə nəticəsində ikinci yeri tutan siyasi qüvvə 5 faizlik baryeri aşa bilməzsə, ona 1/3 yeri əldə etmək üçün bonus səs veriləcək”.
Qeyd edək ki, Ermənistan qanunvericiliyinə əsaəsn parlamentdə yer almaq üçün partiyalar 5, siyasi təşkilatların blokları isə 7 faizlik həddi aşmalıdırlar.
Ermənistan parlamenti 105 deputatdan ibarətdir. 2017-ci il aprelin 2-də keçirilmiş parlament seçkilərinin nətcələrinə görə o vaxtkı hakim Respublikaçılar Partiyasına seçicilərin 49,12 faizi səs verib.
Məlumata görə, siyasi partiya və bloklara verilən səslərin yekunu aşağıdakı kimi olub: "Tsarukyan" bloku - 27,32 faiz (428 965 səs), "Çıxış" bloku - 7,77 faiz (122 049), “Daşnaksütyun” Partiyası 6,57 faiz (103 173), "Erməni dirçəlişi" Partiyası - 3,71 faiz (58 277), "Ohanyan-Raffi-Oskanyan" bloku - 2,7 faiz (32 504), “Ermənistan Xalq Partiyası - Konqres” bloku - 1,65 faiz (25 975), "Azad demokratlar" Partiyası - 0,94 faiz (14 746), Ermənistan Kommunist Partiyası - 0,75 faiz (11 745 ).
MilliYol.Az