Serdar Turgut - Habertürk
İlk əvvəl prezident Tramp, "Əsgərlərimizi Suriyadan sürətlə çəkəcəyik" - dedi. Bir müddət sonra hər ağızdan bir avaz gəldi.
Ən son olaraq isə Milli Təhlükəsizlik müşaviri Con Bolton "İran milislərini Suriyadan tamamilə təmizləyənə qədər əsgərlərimiz orada qalacaq" - dedi.
Və işlər tamamilə qarışdı.
Konqresdən, "Siz orada hərbçiləri İŞİD-la mübarizə üçün saxlayırdınız" səsləri yüksəlməyə başladı.
Bu İran ilə mübarizə də haradan çıxdı" deyə danışan Konqres üzvləri də var.
Cefrinin də işi çətindir
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Jefri isə əsas məqsədlərinin İŞİD ilə mübarizə olduğunu dedi. Eyni zamanda Con Bolton ilə tərs düşmək istəmədiyini əlavə edərək, Suriyada siyasi sabitliyin təmin olunması üçün İran təsiri ilə qəti mübarizə aparmaq gərəkdiyini söylədi. Bu məqamda Bolton ilə razılaşırlar.
Cefri, "Suriyada siyasi sabitlik Əsədin rəhbərliyi ilə ola bilərmi" sualına isə bir az düşündükdən sonra "ABŞ rejim dəyişikliyi ilə bağlı deyil, biz sabitlik olsun deyə, çalışırıq" cavabını verdi.
İranda rejim dəyişikliyinə çalışan bir hakimiyyətin nümayəndəsinin bu sözləri çox da real qəbul olunmadı jurnalistlər arasında.
Bunların hamısı bəhanədir
Bu, hakimiyyətin “Əsəd bəri başdan nə olursa olsun gedəcək” fikrini açıq deməmək üçün tapılmış bir bəhanəsi kimi qəbul edilir.
Vaşinqtondakı rəhbərlikdən Suriyadakı bu basa-basda heç bir kəs Fəratın şərqi, yəni həqiqətlər haqqında danışmır.
Əsl həqiqət
Əslində mənim təəssüratım, dediyim bütün bu söz yığınının altında gerçək səbəb olaraq Fəratın şərqinə qarşı gerçək planlarını açıq deməmələri yatır.
Ancaq nə qədər üstünü örtməyə çalışsalar da, ortada bir həqiqət də var.
Prezident Ərdoğanın Nyu-Yorkda dediyi kimi, Amerika bu günə qədər YPG-yə 18 min TIR və 2 min yük təyyarəsilə silahlar göndərdi. Həmçinin regionda 20-dən çox bazası da var ABŞ-ın.
Bu silahlar nə üçün və kimə qarşı göndərilir. Bunun cavabını rəhbərlikdən kimsə dilinə gətirmir. Konqres soruşanda isə "İŞİD ilə mübarizə üçün" deyilir və ya İran bəhanəsi ortaya atılır.
Gələcək təpkilərdən qorxduğu üçün heç kim, "Gələcəkdə yaradılması planlaşdırılan “Kürd dövlətinin hərbi təməli qurulur" da demir.
Bir tək Türkiyə və prezident Ərdoğan təhlükəni görür və hər platformada izah edir bunu. Nyu-Yorkda mövzu açılanda Türkiyənin buna imkan verməyəcəyini açıqladı.
RUSİYA-ABŞ DİALOQU
Cim Jeffrinin Əsəd ilə bağlı açıqlaması başqa bir gəlişmə ehtimalına da işarə edir.
Rusiya bir Kürd muxtariyyatının əmələ gəlməsinin Əsəd ilə razılaşaraq və ölkə bütövlüyü pozulmadan qurulmasını istəyir.
YPG idarə heyətinin Əsəd ilə görüşündən əvvəl dövrəyə girən İŞİD ilə mübarizə koordinatoru Brett Makgurk YPG-ni bu məsələdə Əsədlə razılaşmaya təşviq etdi.
Yəni nəticədə Rusiya ilə Amerika Suriyanın bütövlüyü pozulmadan bir muxtar Kürd bölgəsi üzərində razılaşa bilər. Cefrinin geri dönüşü olmayan siyasi həll prosesindən nəzərdə tutduğu bu ola bilər.
Amerika mənbələri bu modelin "Qamışlı modeli” olaraq adlandırıla biləcəyini deməyə başladılar belə.
Bu modeldə muxtar Kürd quruluşunun Suriya bayrağı altında və sərhədlərinin Suriya tərəfindən nəzarət edilməsi tələb olunur. Bunun əvəzində Suriya mərkəzi rəhbərliyinin əsgərləri muxtar bölgənin içinə daxil olmayacaqlar və muxtariyyət imtiyazını təmin edəcəklər.
MilliYol.Az