İspaniyanın Kataloniya əyalətində keçən il müstəqilliklə bağlı keçirilən referendumun ildönümündə etiraz aksiyaları başlayıb
Katalonlar bölgənin şimal-şərqindəki dəmir yollarını kəsiblər.
Barselonada isə çoxminli mitinqlərə start verilib.
Barselonaın şimalında, Jirona şəhərində yüzlərlə nümayişçi yüksək sürətli dəmir yolunu tutub. Barselonanın özündə və Leyda şəhərində isə Şərqi Kataloniyadan Fransaya gedən AP-7 yolu tutulub.
Bütün bu etiraz aksiyaları 2017-ci ilin oktyabrında yaradılan Respublika müdafiə komitəsi tərəfindən icra edilir.
Bundan başqa, San-Juliya-de-Ramis şəhərindən başlayaraq tələbələr “Ni olvido, ni perdon”- “Unutmayacağıq, bağışlamayacyıq” adlı aksiylar keçirəcək.
Artıq “Twitter”də Barselonaya doğru hərəkət etməkdə olan tələbələrin fotoları yerləşdirilib.
Barselonanın özündə ilk toqquşmalar qeydə alınıb. Şənbə günü baş verən iğtişaşlarda 14 nəfərin yaralandığı bildirilir.
Xatırladaq ki, 2017-ci ilin oktyabırn 1-də Kataloniya hakimiyyəti mərkəzi hakimiyyətlə razılaşdırmadan qeyri-qanuni referendum keçirərək əyalətin İspaniyadan ayrıldığını elan etmişdi.
Buna cavab olaraq rəsmi Madrid dərhal hərəkətə keçərək əylaətdə mərkəzi hakimiyyətin yurisdiksiyasını təmin etməyə müvəffəq olmuşdu. Bundan başqa, katalon separatçılarının bir çoxu həbsə atılıb.
Separatçılarln lideri, Kataloniya əyalətinin keçmiş prezidenti Karles Puçdemon isə ölkədə qaçaraq Avropa Birliyinin digər dövlətlərinə üz tutub. Hazırda o, Belçikada mühacir olaraq öz siyasi fəaliyyətini davam etdirir.
Barselonanın yerli hökumətinə indinin özündə də separatizimi dəstəkləyən Kuim Torra rəhbərlik edir.
MilliYol.Az