“Rossiya 1” telekanalında jurnalist Vladimir Solovyovun “Moskva.Kreml.Putin” proqramının növbəti buraxılışı efirə gedib
Virtualaz.org xəbər verir ki, bu proqramda MDB-nin ötən həftə Tacikistanın paytaxtı Düşənbədə keçirilən sammitinə də geniş yer verilib.
Sammitdən çəkilən kadrlarda prezidentlərin formal və qeyri-formal ünsiyyəti barədə bir çox maraqlı detallar yer alır. Bunlardan biri də Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ünsiyyət barədə olub.
Belə ki, sammitin keçirildiyi beşmərtəbəli binada prezidentlər yuxarı qalxmaq üçün liftdən istifadə ediblər. Bu zaman Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri eyni liftdə olub. “Rossiya 1” telekanalının çəkiliş qrupu İlham Əliyevlə Nikol Paşinyanın liftdən birlikdə çıxdıqlarını əks etdirən kadrları nümayiş etdirib və bunu “sensasion kadrlar” adlandırıb.
Kadrlara əsasən İlham Əliyevlə Nikol Paşinyanla birlikdə MDB-nin icraçı katibi Sergey Lebedev də həmin liftdə olub. Əliyevlə Paşinyanın liftdən çıxarkən gərgin olduqları, amma söhbətləşməkdə davam etdikləri görünür.
“Öz özlüyündə bu kadrlar sensasion sayıla bilər. Azərbaycan prezidenti və Ermənistanın baş naziri eyni liftdə gedir. Onlar gərgindir, diqqətlərini cəmləyibər, amma söhbəti zala dxil olana qədər davam etdirirlər”-sammiti izləyən jurnalist Pavel Zarubin şərh edib.
Xatırladaq ki, Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında Düşənbədə il dəfə ünsiyyət baş tutub. Tərəflər Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılmasını müzakirə ediblər və iki ölkə rəhbərliyi arasında birbaşa əlaqə kanalının yaradılması haqda razılığa gəliblər.
MilliYol.Az