Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Zahid Oruc müasir dövrün tələblərinə uyğun olaraq məmurları və rəsmiləri sosial şəbəkələrdən aktiv istifadə etməyə çağırıb
Deputat Zahid Oruc bildirib ki, bu gün “Youtube” kanalını izləyənlərin sayı milyardı keçib.
“Ona görə də Azərbaycan dövləti sosial mediada öz təbliğatını qurmalıdır. Əgər İran dövlətinin rəhbərlərinin “Facebook”, “Tvitter”də hesabı varsa, deməli, bu məsələlərə həssas yanaşmaq lazımdır.
Deputat Avropa məkanında “Evronyus Azərbaycan” kanalının yaradılmasını zəruri hesab edir.
Zahid Oruc həmçinin deputatları Azərbaycana qarşı kampaniyalara cavab verməyə çağırıb.
O əlavə edib ki, Azərbaycana qarşı təbliğat aparan Fəxrəddin Abbaszadənin Rusiyada həbs olunması təqdirəlayiqdir.
“Həmin şəxslərin cəzalandırılması digərləri üçün də dərs olar”.
Dollar kreditləri ilə bağlı qərara da toxunan Z. Oruc deyib ki. bu məsləyə ciddi yanaşmaq lazımdır.
Spiker Oqtay Əsədov isə buna cavab olaraq bildirib ki, hər şeyi parlament etməli deyil.
“Nazirlər kabineti də var”-deyə O.Əsədov qeyd edib.(modern.az)
MilliYol.Az