“3 siyasi mesaj vasitəsilə Paşinyan hadisələri qabaqlamaq və məsuliyyəti üzərindən atmaq istəyir”
“3 siyasi mesaj vasitəsilə Paşinyan hadisələri qabaqlamaq və məsuliyyəti üzərindən atmaq istəyir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasından olan deputat, parlamentin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan özünün Facebook səhifəsində bəyan edib:
“Velosipeddə gəzmək, İlham Əliyevin savadını tərifləmək və mənim aşağıdakı suallarıma cavab verməkdən başqa Nikol Paşinyan indidən əsas məsuliyyətdən yayınmaq üçün müxtəlif siyasi mesajlar yaymaqla məşğuldur. Bununla da o, qabaqdangəlmişlik siyasətini güdməkdədir”.
1. Qarabağ münaqişəsi ilə əlaqədar bu günlərdə əldə olunan razılığı ictimaiyyətə sırıyaraq Ermənistanın ən böyük uğuru olaraq təqdim etdikdən sonra Azərbaycan həqiqətən bizə kələk gələ bilər.
2. Siyasi məsləhətləşmələr başlamazdan öncə o kültəvi aksiyaların qorxusundan öz arqumentlərini gizlədir
3. 2019-cu il büdcəsinə gəldikdə yenə də hər şeyi köhnə hakimiyyətin üzərinə yıxmaq qistəyir. Sanki Respubilka meydanında qısa müddətdə dövlət büdcəsini 800 milyon dollarla doldurmağı vəd edən bizdik.
Aşotyan bütün bu suallara parlamentdə aydınlıq gətiriləcəyini bildirib.
MilliYol.Az